Bakının Nizami rayonunda da piyadaların hərəkəti üçün səki qalmayıb.
Tribunainfo.az xəbər verir ki, narazı sakinlər bildirir ki, Nizami rayonunun əksər küçələrində piyada səkiləri zəbt edilib. Ya yolların kor-koranə genişləndirilməsi, ya yol kənarındakı obyektlərin genişləndirilməsi, ya da səkilərin satılması zamanı piyadaların hərəkəti üçün nəzərdə tutulan yollar məhv edilib. Rayonun Qara Qarayev prospektində də acınacaqlı vəziyyət hökm sürür. Sakinlər bildirib ki, onların təhlükəsi üçün hər cür şərait yaradılıb. Piyadalar avtomobil yolu ilə hərəkət etməli olur. Onların sözlərinə görə, vaxtilə bu səkilər enli və geniş olub. Sonradan obyekt sahiblərinə satıldığı üçün vəziyyət bu həddə çatıb. Bir piyadanın güclə hərəkət etdiyi səkilərin bəzi hissələrində də hərəkəti ya ağaclar, ya da işıq dirəkləri məhdudlaşdırır.
Sakinlər Nizami rayonundakı səki probleminin tezliklə aradan qaldırılmasını tələb edir.