Azərbaycanda yenilik: Azərbaycanı təmsil edəcək startapın ölkəmizə hər hansı aidiyyatı yoxdur

Bu gün, 09:34           
Azərbaycanda yenilik: Azərbaycanı təmsil edəcək startapın ölkəmizə hər hansı aidiyyatı yoxdur
Azərbaycanda ilk dəfə olaraq Startaplar üzrə Dünya Çempionatının regional mərhələsi keçirilib. Məqsəd gələn ay ABŞ-də keçiriləcək Dünya Çempionatına Azərbaycanı təmsil edəcək startapı seçmək olub.
Tədbirin təşkilatçısı "Technovate-SABAH Mələk" İnvestorlar Klubu olub.
Əlbəttə ölkədə startap və innovasiya ekosistemin inkişafı üçün, bizim startapların qlobala çıxması, investisiya əldə etməsi üçün üçün bu tip tədbirlər çox faydalıdır.
TEREF yazır ki, bunu Azərbaycan İnternet Forumu (AİF) prezidenti Osman Gündüz deyir. Daha sonra fikrini şərh edən Osman bəy deyir:
Amma maraqlıdır ki, gurultulu adı olan, nəhəng sponsorları olan bu tədbirdə seçilən qalib startapın (Stackt) Azərbaycana hər hansı aidiyyatı yoxdur. Sadəcə, Azərbaycanda belə startap yoxdur, güman ki təmsilçiləri Azərbaycandandır. Heç qlobal da bir startap deyil.
Onda sual yaranır ki, Azərbaycanda keçirilən, Azərbaycanı təmsil edəcək startapı seçilməsini qarşısına qoyan bir yarışmada kənardan olan bir startapın qalib seçilməsi nə dərəcədə məntiqlidir ?
Bir ildən çox olardı Technovate şirkəti startaplar üzrə Dünya Çempionatının (“Startup World Cup” ) Azərbaycanda keçirilməsinə dair “Pegasus Tech Ventures” ilə imzalanan memorandum çərçivəsində bu tədbirə hazırlaşdığını bildirirdi.
Nəticənin belə olması isə hamı üçün sürpriz oldu
Baxıram ki, xeyli dövlət rəsmiləri, hətta ABŞ səfiri də iştirak edib bu tədbirdə. Ön sıra hamı onlardır. Əvvəllər isə bu tip tədbirlərdə aparıcı qüvvə biznes, İKT ictimaiyyəti və yerli startap təmsilçiləri olardı.
Görünən odur ki, bu sahə də tam dövlətləşib.
Düşünmək olar ki, elə ön cərgədə əyləşənlər məsləhət bilib ki ABŞ-da 1 milyon uğrunda vuruşmanı Azərbaycana dəxli olmayan startapın aparması məqsədəuyğundur
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.