Ucarda nə baş verir -Vəzifəli şəxslər rüşvətlə…..

24-09-2024, 00:09           
Ucarda nə baş verir -Vəzifəli şəxslər rüşvətlə…..
“Vəzifəli şəxslər əlbir olub, hərbi xidmətə yararlı olan Zamiq Mehdiyevi yenidən hərbi xidmətə yararsız hesab ediblər”

Redaksiyamıza Ucar rayon, Rəstəcə kənd sakini Məmmədov Ramil Yasəf oğlunun müraciəti daxil olub. Müraciət müəllifi iddia edir ki, Ucar rayonu Rəstəcə kənd sakini Mehdiyev Zamiq Eldəniz oğlu hərbi xidmətə tam yararlı olduğu halda kimlərinsə, hansısa maraqları səbəbindən hərbi xidmətdən yayındırılır. Biz Yenixeber.org olaraq müraciətdə ittiham olunan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsindən cavab almağa çalışdıq. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, müraciəti müyyən düzəlişlərlə dərc edirik:

Mənim şikayət ərizəm əsasında Tərtər Hərbi Prokurorluğunda araşdırma aparıldı və Ucar rayonu Rəstəcə kənd sakini Mehdiyev Zamiq Eldəniz oğlunun hərbi xidmətə tam yararlı olması subut olundu. Tərtər Hərbi Prokurorluğunun qərarı icra olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərildi. Ancaq çox təssüf olsun ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən vəzifəli şəxsləri ilə əlbir olub, hərbi xidmətə yararlı olan Zamiq Mehdiyevi yenidən hərbi xidmətə yararsız hesab ediblər. Bütün bunlar isə küllü miqdarda rüşvət hesabına başa gəlib. Çnüki Zamiqin atası Eldəniz Mehdiyev bu barədə rayonda danışıb ki, hərbi prokurorluq pula yaxın durmadı, nazirlikdə həll etdik.
Bəli rüşvət hesabına Zamiq Mehdiyev qanunsuz olaraq yenidən hərbi xidmətə yararsız hesab edilmişdir. Bir daha qeyd edirəm ki, Mehdiyev Zamiq Eldəniz oğlu hərbi xidmətə tam yararlı və tam sağlam olsa da Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidməti hərbi həkim komissiyası ilə əlbir olub, onu qanunsuz olaraq hərbi xidmətə yararsız ediblər. Mənim şikayətimdən sonra Tərtər Hərbi Prokurorluğunda araşdırma aparıldı və subut olundu ki, Zamiq Mehdiyev onda olmayan xəstəliyə görə hərbi xidmətə qanunsuz olaraq yararsız hesab edilmişdir.
Azərbaycan qanunlarla idarə olunan demokratik dövlətdir, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində güclü ordumuz var. Zamiq Mehdiyev kimi pul gücünə hərbiyə yararsız edilmiş şəxslər qanunlara tabe edilməli, onu hərbi xidmətə yararsız etmiş vəzifəli şəxslər isə qanun qarşısında cavab verməlidirlər.
Mən mətbuat vasitəsi ilə Ali Baş Komandan Prezident cənab İlham liyevə müraciət edirəm. Sizdən xahiş edirəm şikayətimi obyektiv araşdırıb Mehdiyev Zamiq Eldəniz oğlunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində deyil, Bakı şəhərində ixtisalaşdırılmış xəstəxanada müasir aparatlar vasitəsi ilə müayinə edib, hərbi xidmətə göndərilməsinə göstəriş verəsiniz və rüşvət alıb Zamiq Mehdiyevi yenidən qanunsuz hərbi xidmətə yararsız edən vəzifəli şəxslərin barəsində qanunu və ciddi tədbirlər görəsiniz.

Yazıda adları keçənlərində açıqlamasını dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.