Goranboyun Tatarlı kəndi niyə susuz QALIB? – RƏSMİ AÇIQLAMA

24-09-2024, 12:10           
Goranboyun Tatarlı kəndi niyə susuz QALIB? – RƏSMİ AÇIQLAMA
Goranboy rayonunun Tatarlı kəndində su problemi yaşanır. Xüsusilə kənd sakinləri suvarma suyunun yoxluğundan əziyyət çəkirlər.

Bu şikayətlə Bizim.Media-ya bir qrup kənd sakini müraciət edib. Dediklərinə görə kəndin suvarma suyu kəsilib və əkin sahələri susuzluqdan quruyub. Buna səbəb kimi isə Goranboy Suvarma Sistemləri İdarəsinin özbaşınalığı göstərilir.

Sakinlər dəfələrlə eyni problemin yarandığını bildiriblər:

“Hərəmizə məxsus 14-15 hektar meyvə bağlarımızda ağaclar susuzluqdan quruyur. Artezian quyusu yoxdur. İcra başçısı illərdir müəyyən vədlər verir, amma problem yenə də eyni... Goranboy Suvarma Sistemləri İdarəsi isə istədiyini edir. Elə ki, şikayət edirik, suyu buraxırlar. Səssiz qalanda, yenə su yoxdur. Mən anlamıram təbiətin suyuna necə yiyələnmək olar?”, - deyə sərnişinlər şikayətlənib.


***

Məsələ ilə bağlı Goranboy Suvarma Sistemləri İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin kənddə 12 ədəd subartizian quyusu inşa edilib:

“Tatarlı kəndində ümumi 620 hektar əkin sahəsi var, orada 12 dənə subartizian quyusu xidmət göstərir. Qaraçay çayından həmin kəndə qol ayrılır ki, bununla da təminat olunur. Əvvəlki illərdə yağıntının az olması səbəbindən Qaraçayda su olmadığı üçün quraqlıq olmuşdu. Amma bu il orada elə bir problem yoxdur, gələcəkdə belə bir problemin yaşanmaması üçün Tatarlı camaatı bizdən iki dənə subartizian quyusuun inşasını istəyir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.