“Bravo” da “Oba”nın yolunu gedir: az işçi, köhnə məhsullar... – Döşəmə silən həm də bulka satır – FOTO

26-09-2024, 12:02           
“Bravo” da “Oba”nın yolunu gedir: az işçi, köhnə məhsullar... –
İllər öncə Avropa üslublu “Bravo” marketlər şəbəkəsi və hipermarketlər açılanda insanlar yüksək xidmət, fərqli məhsullar görmək üçün ora üz tutdu.
Ancaq son 1 ildə mətbuat və sosial şəbəkələrdə haqqında ən çox narazılıq və şikayət olunan marketlər məhz “Araz”, “Oba” və “Bravo”dur.
Bakupost.az xəbər verir ki, artıq “Bravo”da da vaxtı keçmiş məhsullar endirim aksiyalarına salınır, üstəlik rəfdə göstərilən qiymətlərlə kassa çekindəki qiymətlər fərqli olur. Alıcılar buna irad bildiriəndə isə kassir və menecerlər onu günahkar çıxarmağa çalışırlar.

Belə ki, Yasamal rayonu, Zərdabi küçəsində olan “Bravo” marketdə endirimə qoyulan “Mister Tum” günəbaxan tumlarının və “Yonca” bibər leçosunun vaxtının bitdiyi məlum olub. Alıcı endirimlərdən yararlanaraq bu məhsulları alıb, daha sonra vaxtının keçdiyini görüb. Bu barədə satıcıya məlumat verəndə “ola bilməz, yəqin biri elə düşüb” cavabını eşitdikdə, rəfə qayıdaraq bütün məhsullara baxıb. Məlum olub ki, bütün tumlar və 6.15 AZN-dən dən 3 AZN-ə düşmüş leçonun vaxtı 5 gündür bitib.
Digər alıcı isə “Bravo”larda işçi çatışmazlığı və antisanitariyadan şikayətlənib:
“”Bravo”dakı bu rəzilliyi kim izah edə bilər? Artıq neçənci dəfədir ki, bu mənzərə ilə rastlaşıram. Səhər marketə un məmulatı almağa girirsən, görürsən ki, sənə paketi verəcək əməkdaşı yer silir, təmizliklə məşğuldur. Çağırırsan, gəlir sənə börək, yaxud başqa məhsulu verir, sonra yenə gedir təmizlik etməyə. İşçidə günah yoxdur, müdir olan kəs tapşırmasa, işçi eləməz”.
Qeyd edək ki, alıcılar bir çox “Bravo” və “Araz” marketlərində təmizlikçi və ya satıcının eyni zamanda bir neçə işlə məşğul olmalarından şikayətlənirlər. Onlar artıq "Bravo"nu bu kimi hallarla bağlı adı çəkilən “Oba” marketləri ilə müqayisə edirlər.
“O cür “Bravo” özünü “Oba” yerinə qoyub”” deyən alıcılar artıq mübarizə aparmaqdan yorulduqlarını bildiriblər.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.