129 saylı məktəbdə şiddət hökm sürür
10-10-2016, 13:49
Direktor Esmira Quliyeva şagirdlərdən rüşvət yığımını məhz bu yolla təmin edir
Dünən redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsində paytaxtın Nizami rayonu, İsmayıl Məmmədov küçəsi 9 ünvanında yerləşən 129 nömrəli orta məktəbin direktoru Esmira Quliyevaya qarşı son dərəcə ciddi ittihamlar yer alıb. Mətbuat vasitəsilə öz problemini ölkə rəhbərliyinin diqqətinə çatdırmağa çalışan Bakı şəhər sakini, M.Şərifli küçəsi ev. 160 E, mən. 54 ünvanında yaşayan Nəzərova Könül Məmməd qızı iddia edir ki, Esmira Quliyevanın irəli sürdüyü pul tələblərini təmin etmək iqtidarında olmadığı üçün, hazırda onun qızı Qəmər təhsil aldığı 129 saylı məktəbdə şiddətli təzyiqlərə məruz qoyulub. Könül xanımın deməyinə görə, Esmira Quliyeva bu 3-cü sinif şagirdi olan qızcığazı məktəbdən xaric etmək üçün, ona hətta “psixiatrik xəstə” damğası vurmaqdan belə çəkinmir. Könül Nəzərovanın ərizəsində deyilir: “Bu ərizəni sizə yazan, övladlarının biri faciəli şəkildə dünyasını dəyişmiş gözü yaşlı bir ana, bir Azərbaycan qadınıdır. İkinci övladım, Qardaşova Qəmər Elşad qızı, 129 saylı orta məktəbdə 3-cü sinifdə təhsil alır. Məktəbin direktoru Quliyeva Esmira bu ilin may ayından mənim qızımı narahat edir və onu məktədən qovmaq istəyir. Direktor öz əlaltıları vasitəsilə mənə eşitdirib ki, ya 100 manat versin uşağına dəyməyək, ya da onsuz da onu əqli cəhətdən zəif uşaqların internatına göndərəcəyik. Mənim bu pulu verməyə imkanım olmadığından direktor qızıma qarşı bir az da aqressivləşdi. Gözümün ağı-qarası olan bircə balamı məktəbdə incitməyə və döyməyə başladılar. Elə gün olmurdu ki, qızım məktəbdən evə üzü cırılmamış gəlsin. Mən məcbur qalıb mətbuata müraciət etdim. Bundan sonra direktor bir az çəkinərək, uşağımdan əl çəkdi. Lakin sonra məni yanına çağırdı və dedi ki, “qoy bir referendum qurtarsın, gör başına nə oyun açacağam, özünü və ərini də həbisə atdıracağam”. Referendum bitdikdən sonra direktor məni yanına çağıraraq dedi ki, “sabah İcra Hakimiyyətinə gedərsən, qızını dəli çıxaracaqlar...” Mən özümü itirdim və sonra informatika müəlliməsi Kəmalənin təzyiqlərilə üzləşdim. Kəmalə üstümə yüyürdü və mənə dedi ki, səni döymək lazımdır və sənin özünün psixiatrik müalicəyə ehtiyacın var. Sonra məktəbin dərs hissə müdirinə üzünü tutub dedi ki, “bunu atın bayıra, uşağını da məktəbə girməyə qoymayın”. İnformatıka müəlliməsi bu hərəkətləri direktorun tapşırığı ilə edirdi. Xahiş edirəm, mənə kömək edin. Artıq bezmişəm, 129 saylı orta məktəbin direktoru Esmira Quliyeva mənim konstitusion hüquqlarımı kobud şəkildə pozur. İstəyirəm bütün respublikamız bu direktoru tanısın və onun rüsvayçı əməllərinə qiymət verilsin...”
Ərizədə oxuduqlarımız hər bir normal insan kimi bizi də dəhşətə gətirdi. Bununla belə, Könül xanımın bircə son ifadəsilə razı deyilik ki, o da ölkə ictimaiyyətinin Esmira Quliyevanı guya ki, hələ tanımaması ilə bağlı olan fikirdir. Əslində 129 saylı orta məktəbin direktoru öz qanunsuz əməlləri ilə özünə artıq çoxdan “böyük şöhrət” qazandıra bilib. Məsələn, Esmira Quliyevanın yarıtmaz idarəçilik üsullarından bəhs edən məlumatlardan birində oxuyuruq: “129 saylı məktəbdə il boyu müxtəlif bəhanələrlə şagirdlərdən ödənişlər tələb olunur. İmtina edənlər isə, ciddi təzyiqlərlə üz-üzə qalırlar. O cümlədən yeni dərs ili öncəsi də şagirdlərin valideynləri məktəbə çağırılaraq, cürbəcür absurd “ehtiyaclar” ucbatından pul verməyə məcbur edilirdilər. Sentyabr ayında sözügedən məktəbdə ən çox əziyyət çəkənlər isə təbii ki, müəllimlər olur. Belə ki, məktəbin direktoru Esmira Quliyeva “parçala və hökmranlıq et” prinsipini əldə deviz edərək, müəllimləri müxtəlif intiriqalara cəlb etməklə, onları bir-birinin üzərinə salır və möhkəm dalaşdırır. Özü isə guya ki, “ədalət carşısı” kimi barışdırıcı mövqe tutur. Beləliklə, bu cür üsulla özünə dividendlər qazanan direktor sonda müəllimləri ayrı-ayrılıqda çox asanlıqla öz təmənnalı şərtlərini qəbul etməyə məcbur edir...”
Qeyd edək ki, Esmira Quliyevanın rəhbərlik etdiyi orta məktəbdə davamlı olaraq yol verdiyi rüşvətxorluq və korrupsiya əməllərindən bəhs edən məlumatlara ölkə mətbuatında kifayət qədər rast gəlmək olar. Ümid edirik ki, Təhsil Nazirliyi ən azından Könül Nəzərovanın şikayəti əsasında, 129 saylı məktəbdə baş verənlərə dair nəhayət ki, ciddi araşdırmalara başlayacaqdır.bizimdövr/
Qarşı tərəfin də məsələyə münasibətini bilmək istərdik.