Mingəcevir səhiyyəsində nə baş verir - Körpəni ölümcül edən həkimin daha bir cinayəti

10-10-2016, 21:05           
Mingəcevir səhiyyəsində nə baş verir - Körpəni ölümcül edən həkimin daha bir cinayəti
Mingəçevir səhiyyəsinin morqa çevrildiyi göz qabağındadır

Baş həkim Yusif Quliyevin dağıdıcı idarəçiliyi 4 yaşlı övladı Aminin həyatında özünü bir daha sübuta yetirdi.

Dəfələrlə Mingəçevir rayon Mərkəzi Xəstəxanası və Uşaq Nevroloji Sanatoriyası haqda tənqidlər səslənib, səhiyyə ocaqlarında hökm sürən acınacaqlı vəziyyət haqda məlumat verilib.

Lakin nə Səhiyyə Nazirliyi, nə baş həkim nəticə çıxarıb. Ona görə də Mingəçevirdə həkimlərin yanlış diaqnozuna görə bu günlərdə balaca Amin ölümcül vəziyyətə düşdü.

Məlum olduğu kimi, Amin həyətdə velosiped sürərkən yıxılıb. Babası Elbrus Səmədov onu Mingəçevirdə həkimə aparıb.

Həmin vaxt orada uşaq həkimi olmadığına (!) görə xəstəxananın nevropotoloq həkimi Eldar İsayev Amini müayinə edib.

Mingəçevir səhiyyəsinin rəzalətidir ki uşaq həkimi tapılmayıb. Şəhər xəstəxanasında uşaq həkimi yoxdursa, Y.Quliyev və onu baş həkim təyin edən səhiyyə naziri Oqtay Şirəliyev hara baxır?

Ailə üzvləri deyir ki, bir neçə gün sonra uşağın bədənində qızartılar əmələ gəlib. Bu dəfə baba uşağı Mingəçevir şəhər uşaq xəstəxanasına aparıb. Famil adlı uşaq həkiminin yazdığı dərmanlar isə Amini lap pis vəziyyətə salıb.

Mingəçevir kimi şəhərdə nəhayət bir uşaq həkimi (?) tapılıb, o da körpəni ölümcül hala salıb.

Bir neçə saatdan sonra uşağın ağzından, bədənindən çirk axmağa başlayıb. Mərkəzi xəstəxananın həkimləri çıxılmaz vəziyyətdə qalıb və Bakıya göndəriş verilib. Amin Səmədli Bakıda müalicə aldıqdan sonra onun vəziyyəti normallaşmağa başlayıb.

Politika.Az-ın araşdırması zamanı məlum olub ki, həkim Famil İsayevin ilk belə səhlənkarlığı deyil. Bir müddət əvvəl Ağdaş sakini Həsənova Türfə Həsən qızı sözügedən həkimdən şikayət edib.

Onun sözlərinə görə, Eldar İsayev mənim sağlam balasını səhv müalicə ilə ömürlük şikəst edib: “Bu cinayət faktının üstünü baş həkim Yusif Quliyev ört-basdır edib. Səhiyyə Naziri Oktay Şirəliyevi aldadır.

Belə ki, övladım Vasif özünü pis his etdiyi üçün Mingəçevir şəhər Mərkəzi Xəstaxanasında həkim Eldar İsayev onu müayinə edib müalicə yazdı. Müalicədən sonra Vasif özünü daha da pis hiss etdi, səhhəti ağırlaşdı deyə təcili Bakı şəhərində yerləşən xəstəxanaya gətirdik.

Orada savadlı həkimlər yoxladıqdan sonra məlum oldu ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayev oğluma cinsi fəallığı artıran dərmanlar yazdığı üçün onun beyin fəaliyyətini pozub.

Mingəçevir şəhər prokuroru Azad Qarayev rüşvət alıb savadsız qatil həkim Eldar İsayevin cinayət əməlinin üstünü ört-basdır edib.

Göründüyü kimi, prezidentin ayırdığı 3 milyon manat vəsaitlə yüksək səviyyədə təmir olunan səhiyyə müəssisəsinin “xidməti” heç də yüksək deyilmiş.

Eləcə də Mingəçevir Şəhər Uşaq Nevroloji Sanatoriyasının da bərbad vəziyyətdə olduğu deyilir. Mətbuat yazıb ki. burada otaqlardan biri anbar kimi istifadə olunur.

Uşaq Nevroloji Sanatoriyası üçün üçün ərzaq və tibbi ləvazimatları Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından götürülür. Xəstəxanaların və sanatoriyanın ərzaqla, tibbi ləvazimat və dərmanlarla təminatına ayrılan vəsait birbaşa Yusif Quliyevin rəhbərlik etdiyi tibb müəssisəsindən gəlir.

Bildirilir ki, son 1 ildə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına ayrılan 1,5 milyonluq dərman pereparatlarının böyük bir hissəsi ayrı-ayrı apteklərdə satışa çıxarılıb.

Teref info olaraq qarşı tərəfi dinləməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.