Hüquq-mühafizə orqanları «Hills» masaj salonunda yaşananları nədən görməzdən gəlir?
14-10-2016, 00:16
Şirin Abdullayev hər ay əldə edilən gəlirin təxminən, 35-40 faizini himayədarına göndərir Son vaxtlar Bakıda əxlaqsızlıq yuvalarının sayı xeyli artıb. İnsaf naminə qeyd etmək lazımdır ki, Daxili İşlər Nazirliyinin aidiyyəti idarələri tərəfindən insan alverinə qarşı sərt mübarizə tədbirləri həyata keçirilir. Lakin buna baxmayaraq, insan alverinin daha geniş yayılmış forması hesab edilən qadın ticarəti ilə məşğul olan şəxslər passivləşmək əvəzinə daha da aktivləşirlər. Qədim peşə sahiblərinin təhlükəli virusa çevrildiyi və milli mentalitetimizin məhvə sürükləndiyi bir vaxtda bu mövzunun aktuallaşmasını nəzərə alıb paytaxtın Nəsimi rayonu ərazisində, Səməd Vurğun və Tolstoy küçələrinin kəsişməsində yerləşən «Hills» masaj salonunda yaşananları diqqətinizə çatdırmaq istərdik. Beləliklə, «Hills» masaj salonunun Şirin Tapdıq oğlu Abdullayevin icarəsində olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, yüngül həyat tərzi keçirən qadınlar saunanın həyətinə toplaşmaq üçün məhz havanın qaralmasını gözləyirlər: «Deyilənlərə görə, bu obyekt sözün əsl mənasında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməkdədir. Bildirilir ki, «Hills» masaj salonunda bədənlərini müştərilərə satan qızların bir qismi müxtəlif cinsi xəstəliklərin daşıyıcısıdır. Onlar xəstə olduqları halda müştərilərlə cinsi əlaqəyə girirlər və həmin insanları da xəstəliyə yoluxdururlar. Saunanı özlərinə məskən seçən qədim peşə sahiblərinin qiyməti müxtəlifdir. Belə ki, müştərilər intim xidmət üçün təxminən, 50 manatdan 15- manatadək xərc çəkməli olurlar». «Hills» masaj salonundakı yüngül həyat tərzi keçirən qadınların bir çoxunun adıçəkilən «priton»un sahibindən asılı vəziyyətdə olduğunu iddia edən mənbənin sözlərinə görə, nədənsə Nəsimi Rayon Polis İdarəsi, eləcə də Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi sözügedən obyektin fəaliyyətini araşdırmaqda maraqlı görünmür: «Deyilənlərə görə, hazırda «Hills» masaj salonunda cinsi istismara məruz qalan, pul qarşılığında müştərilərə intim xidmət təklif edən yüngül həyat tərzi keçirən qadınların arasında xarici ölkə vətəndaşları da kifayət qədərdir. Bildirilir ki, ölkəmizdə qeyri-leqal yaşayan bu miqrant qadınların şəxsiyyətlərini təsdiq edən sənədlər də əxlaqsızlıq yuvasının sahibləri tərəfindən alınaraq saxlanılır. Onu da nəzərinizə çatdırım ki, «Hills» masaj salonuna müraciət edən müştəri intimlə məşğul olmaqdan imtina etdikdə, sadəcə masaj etdirmək istəyini bildirdikdə ancaq bel ovxalamaqla işini bitmiş sayan bu qızların əsas gəlirləri də elə məhz cinsi münasibətlərdəndir. Deyilənlərə görə, elə buna görə də bura əsasən əxlaqsız qadınlarla intim əlaqəyə girmək istəyənlər üz tutur. Elə salona daxil olarkən vəziyyətin nə yerdə olduğunu görmək mümkündür. Belə ki, saunanın daimi sakininə çevrilən qızlar yarım saatlıq istirahətə görə müştərilərdən 50-100 manat arasında pul alırlar. Müştəridən alınan pul isə saunanın rəhbərliyi ilə tən bölünür. Qədim peşə sahiblərinin bir neçəsi müştərilərin xamlığından istifadə edərək onların cibinə girir ya pulunu, ya da mobil telefonunu oğurlayır. Bunu hiss edən bəzi müştərilər başqa problem yaşamamaq üçün oğurluğun üstünü açmırlar». Bu arada, «Hills» masaj salonunda dəfələrlə kütləvi davanın baş verdiyini qeyd edən məlumatlı şəxs bildirir ki, əsasən qadın üstündə yaranan mübahisələr zamanı müştərilər bir-birlərinə ağır xəsarətlər yetiriblər: «Lakin buna baxmayaraq, nədənsə hüquq-mühafizə orqanları «Hills» masaj salonunda yaşananları görməzdən gəlirlər. Məhz bu, onu deməyə əsas verir ki, adıçəkilən masaj salonunu işlədən Şirin Abdullayevin arxasında nüfuzlu şəxslərdən biri dayanır. Deyilənlərə görə, Şirin Abdullayev həmin nüfuzlu şəxsə hər ay «Hills» masaj salonundan əldə edilən gəlirin təxminən, 35-40 faizini göndərir. Təbii ki, bunun da qarşılığında adıçəkilən əxlaqsızlıq yuvasının rəhbərliyi toxulunmazlıq qazanır və nəticədə obyekt sərbəst şəkildə fəaliyyətini davam etdirir».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az