Üç başçının qoruduğu maliyyə rəisi “yığıma” başladı - İDDİA

14-10-2016, 09:27           
Üç başçının qoruduğu maliyyə rəisi “yığıma” başladı - İDDİA
Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev məmurlari boğaza yığıb

Redaksiyamıza-a verilən məlumata görə, maliyyə rəisi Yevlaxdan Bərdəyə transfer olunub. Əldə etdiyimiz bilgiyə görə, onun rayonda hegemonluq etməsinin səbəbi Gəncənin icra başçısı Elmar Vəliyevin xalası oğlu olmasıdır.
Digər məlumatda bildirilir ki, M.Allahverdiyev Yevlaxın icra başçısı Qoca Səmədovla təzəlikcə quda olduqdan sonra mövqeləri daha da möhkəmlənib.
Bu da azmış kimi, onun Bərdənin icra başçısı Vidadi İsayevlə də qohumluğu işləri əməlli-başlı “düzəldib. teref.az politika .az istinadən yazır ki,maliyyə rəisinin bəxti onda gətirib ki, arxasında üç icra başçısı dayanıb.
Ona görə Bərdədə büdcə təşkilatlarının müdirləri, yerli məmurlar ona bata bilmir. Maliyyə rəisi özünü rayonun icra hakimi kimi aparır. İddialara görə, maliyyə naziri Samir Şərifov bir rayonda iki qudanın vəzifədə işləməsini münasib görməyib və onu Bərdəyə təyin edib.

Bu qərardan sevincək olan Yevlax məmurları nazirə dualar oxuyub, qurbanlar kəsib ki, Allahverdiyevin zülmündən onları xilas edib. Əvəzində Bərdənin məmurları bu bəd xəbərdən dilxor olublar.

Deyilənə görə, bərdəlilər sual edir ki Molla Nəsrəddinin məşhur lətifəsində olduğu kimi ikinci fili onlara niyə urcah ediblər, hansı günahın bədəlini bu şəkildə ödəyirlər?!

teref.az yazır ki, politika.az-a daxil olan məlumatda bildirilir ki, Gəncə və Yevlaxın icra başçıları ilə yaxın qohumluq maliyyə rəisinin əl-qolunu açıb, arxayın şəkildə maxinasiyaları həyata keçirə bilir.

Bərdə rayonunda yayılan son xəbərlərə görə, M.Allahverdiyev Bərdənin fironu adını qazanmış, prezidentin mediadakı dostlarına qənim kəsilmiş və bütün yeyinti faktlarında adı keçmiş V.İsayevə arxalanaraq xərac yığımına başlayıb.

Belə ki, hazırda maliyyə rəisi uşaq bağçalarına və büdcə təşkilatlarına divan tutur. Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunacaq.

Odur ki hədə-qorxu ilə üzbəüz qalmış yerli məmurlar rəisin bütün əmrlərinə boyun əyməyə məhkum olublar. Məlumatlara görə, M. Allahverdiyev idarə müdirlərinə qeyri-rəsmi şəkildə mesajlar göndərir.

Onların ünvanına çatdırır ki, üç icra başçısı tərəfindən mühafizə olunur və hətta maliyyə nazirinin də ona gücü çatmır.

Bu iddialarla bağlı maliyyə rəisinin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.