Qarabağ veteranı Bərdə icra başçısından prezidentə şikayət etdi " Cənab prezident kömək edin...."
14-10-2016, 11:00
teref.az-nun poçtuna Bərdə şəhəri Mirzalıbəyli kəndində yaşayan Qarabağ veteranından şikayət daxil olub.Şikayətçi prezidentə yazdığı şikayət ərizəsinin bir sur\ətinidə teref.aznun poçtuna göndərib.
Şikayətçi yazır:
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə 1951-ci ildə Bərdə rayonunda anadan olmuşam, ali təhsilliyəm, Qarabağ müharibəsinin veteranıyam, əliləm, ailəliyəm-7 nəfər ailə üzvüm var, təqaüdçüyəm, Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan, Fətəliyev Cəmil Fətəli oğlu, Bərdə rayon Mirzalıbəyli kəndində kirayəşin yaşayan, ali təhsilli, işsiz, 7 nəfər ailə üzvü olan Fətəliyev Murad Cəmil oğlu və aşağıda imza edənlər tərəfindən
Ə R İ Z Ə
Bu 8 il, 2 ayda müxtəlif tarixlərdə yazmış olduğumuz, 344 ərizəmizə cavab verilməməsi və bu barədə Hörmətli Prezidentimizə yazmış olduğum ərizəyə əsasən, Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, eyni zamanda onun yaxın adamları tərəfindən bizi təqib edilməklə, yoxlanılmaqla, tutdurmaqla hədələtdirməsi barədə). Yuxarı orqanlara yazmış olduğumuz ərizələrimizi yenidən baxılması üçün göndərirlər Vidadi İsayevin üzərinə. Bu nəqədər məntiqə və qanuna uyğundur. Ona görə də bizim 344 şikayət ərizəmizə bu günə kimi baxılmayıb. Hörmətli Prezident!! Mən, ali təhsilliyəm, Qarabağ müharibəsinin veteranıyam, əliləm. Təbriz şəhərində ürəkdən əməliyyat olunmuşam. Qaraciyərimdə serroz var. Böyrəklərim xəstədir, yüksək təzyiqim var və buronxitəm. Həyat yoldaşımda xəstədir, 2 dəfə əməliyyat olunub. 1-ci dəfə Bakı şəhərində onkoloji xəstəxanada, 2-ci dəfə isə Təbriz şəhərində əməliyat olmuşdur. Özüdə şəkər, ürək, yüksək təzyiq və onkoloji xəstədir. Bizim bu iki əməliyatı olunmağımıza “Nikoyl” bankdan 18.000 manat AZN pul götürüb vermişik.
Hörmətli Prezident! Demək olar ki, bizim günümüz həkimlərdə, xəstəxanalarda və apteklərdə keçir. Biz, Sizin köməklikliyiniz sayəsində, bu xərcləri və krediti bir təhər təqaüd pulumuzla veririk. Çox vaxtı banka pul borcumuz qalır. Mənim bundan heç bir şikayətim yoxdur. Buna görə də Sizə öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. O bir Allahdan! Arzu edirik ki, həmişə sağlam canla Prezidentimiz olasınız. Siz Ulu Öndərimizin layiqli davamçısınız.
Hörmətli Prezident! Ancaq, mənim oğlum Fətəliyev Murad Cəmil oğlu 2003-cü ildə Bakı şəhərində Azərbaycan Koperrasiya Universtitetini bitirmiş və ali təhsil almışdır. Oğlum Murad Fətəliyev ailəlidir- 7 nəfər ailə üzvü var. Beyləqan rayonunda döyüş bölgəsində, hərbi xidmətini başa vurmuşdur. Hazırda heç bir yerdə işləmir. Oğlum Murad Fətəliyev, İşsizliyi barədə Bərdə rayon İcra Başçısı cənab V.İsayevə və Bərdə rayon Məşğulluq Mərkəzinə bir neçə dəfə ərizə ilə müraciət etmşdir. Lakin Bu günə kimi heç bir cavab almamışıq və nəticəsi olmamışdır. Oğlum Murad Fətəliyevin 35 yaşı var. Bəs ona nə vaxt iş verəcəklər ki, o işləyib 7 nəfər ailəsini dolandırsın və yaşamağa özünə ev tikdirsin? Hələdə Muradın yaşamağa evi yoxdur! Biz də bilmirik ki, verilmiş təqaüd pullarımızla özümüzü müalicə etdirək, dərman alaq, götürdüyümüz krediti verək yoxsa oğlum Muradın özünün və 7 nəfər ailə üzvünü saxlayaq. Bizə çox çətindir, yaşamaq və dolanmaq. Nəyə görə? Ona görə ki, Murad işsizdir. Bütün xərcləri və kreditləri, mən təqaüd pulumla ödəyirəm. İndi rayonda olan bəzi vəzifəli məmurlar, pulumuz olmadığına görə bizə iş və nədə icarəyə torpaq vermirlər. Deyirlər hamısı, yəni pul, torpaq, vəzifə, bizim və qohumlarımızın olsun. Heç ərizəmizədə qanunla baxıb cavab vermirlər və köməklik əvəzinə ərizələrimizi göndərirlər Məşğulluq Mərkəzinə. Murad da özünə iş ancaq özəl idarələrdə və müəssisələrdə iş tapır, o da bir neçə aylığına. Ona görə ki, ya müəssisə bağlanır və yaxudda Murad ixtisara düşür. Bizim də ömrümüz yuxarıda göstərdiyim kimi, bu cür xəstəliklə bugün-sabahlıqdır. Bəs oğlum Murada nə vaxt iş verəcəklər, bilək ki, bizdən sonra o, ailəsini saxlaya biləcək. Rayonda olan məmurlar bugün-sabah Murada iş verəcəklər deyərək 8 ildir ki, bizi aldadırlar. Bərdə rayon İcra Başçısının birinci müavini V.Qarayev deyir ki, iş yoxdur. Əgər iş yoxdursa bu 8 ildə yoxlayın görün neçə nəfərə iş və icarəyə torpaq veriblər. Əksəridə başçı Vidadi İsayevin Tərtər, Yevlax rayonlarından işə qoyduqları dostları və qohumlarıdır. Hətta biz özümüzdə Bərdə rayonunda hansı idarələrdə iş yeri boşdur onlara demişik. Ancaq eləbil ki, güya sözü eşitmədilər və heç bir söz demədilər. Pulumuz yoxdur deyə bizə iş vermirlər və heç dediyimiz sözümüzü də güya eşitmirlər.
Buna görə mən mətbuat vasitəsi ilə Prezidentə müraciət etdim. Həmin gün təxminən saat 17:25 radələrində mənə 050-389-00-04 nomrəsindən zəng gəldi. Həmin şəxs mənə dedi ki, Bərdə rayon İcra Hakimiyyətinin başcısının köməkcisi Anar Hətəmovdur və 15.09.16 tarixdə saat 10:00 radələrində cənab Vidadi İsayev bizi qəbula cağırır. Həmin gün məndə oğlum Muradla getdik başcı Vidadi İsayevin qəbuluna. Başcının gözləmə otağının qarşısında duran, köməkcisi Anar bizə dedi ki,cöldə gözləyin. Biz təxminən 40-50 dəqiqə cöldə gözləyirdik ki, Anar gəlib bizə dedi başcı Vidadi İsayev sizi qəbul etməyəcək.Bu vaxt İsgəndər İsmayılov bizi otağına cağırdı. İsgəndər İsmayılov iş otağında mənə dedi ki,sən yaşlı adamsan,bilmirsən oğlun Murada pislik edəllər. Sən, Hörmətli Prezidentimizə Vidadi İsayevdən şikayət ərizəsi yazmısan, ona nə deyəcəklər? Pul onlarda , vəzifə onlarda, şər atıb oğlunu tutdurarlar və başqa bu kimi ifadələrlə bizə hədə-qorxu gəldi. Əgər bunu birdə yazsan, cox əzablar cəkəcəksiniz və başınız ağrıyacaq. Bunu göstəriş verib,bizə hədə-qorxu gəlməsini təşkil edən Bərdə rayon İH başcısı Vidadi İsayevdir. Cünki zəng etdirib bizi Bərdə rayon İH cağıtdıran Vidadi İsayevdir, qəbul etməyəndə Vidadi İsayevdir. Bizə Bərdə rayon İH-də hədə-qorxu gələn şəxs isə onun işcisi cənab İsgəndər İsmayılovdur. Bizim həyat və səhhətimiz Vidadi İsayev və onun adamları tərəfindən təhlükə altına alınıb, eyni zamanda bizi təqib etdirir və incidir. Səbəbdə odur ki,oğlum Murad, 8 ildə, ailəsin dolandırmaq ücün ondan münasib işlə təmin olunmağına görə, Hörmətli Prezidentimizə şikayət ərizəsi yazıb . Bizim qorxacaq yerimiz yoxdur, cünki 8 ildir ki pulsuz ,işsiz və evsiz azadlıqda olmaq həbsdə olmaq kimidir.
Vidadi İsayev bizim ərizələrimizi bağlamaq ücün görəsən hansı saxta yalancı məlumatları arayışa yazıb göndərib. göndərir. Bu saxta arayışlarıda başcı Vidadi İsayev özü ilə birgə Tərtər rayonundan İH-də işə gətirdiyi, ərizə basdırmaq üzrə mütəxəssis, İsgəndər bəyə həvalə edib. Əgər bu arayışları İsgəndər bəy düzgün tərtib edirsə nə ücün bizə sürətin vermirlər. Biz bu 8 ildə 332 ərizə və şikayətimiz bu məzmunda müxtəlif rəhbər orqanlara yazıb göndərmişik. Nəticəsi isə İsgəndər bəyin saxta və yalançı arayışlar hesabına bağlanıb. Bizədə ərizəmizin nəticəsi barədə cavab verilməyib. Görün Vidadi İsayev oğlum Murada bu 8 ildə iş vermək əvəzinə hansı cirkin əməllərə əl atır. Əgər mənə və oğlum Murada nəsə olsa bilin ki, bunu Vidadi İsayev etdirib. Ancaq mən düşünürdüm ki, Vidadi İsayev savadlı, işgüzar ,tələbkar, bacarıqlı və gənclərin qeydinə qalan bir insandır. Təəsüf ki, gördüyüm bunun əksi oldu. Ancaq Vidadi İsayev bucür yazışmaları və şikayətləri artırmaqdansa Muradı münasib bir işlə təmin etməsi yaxşı olardı. Bu Allahada xoş gedərdi, bəndəyədə ki, nəhayət 8 ildən sonra Murada iş verilib ki, o işləyib ailəsini dolandırsın. Görəsən onların özlərinin 8-10 il işsiz , pulsuz və yaşamağa evləri olmasaydı nə edərdilər? Bu çiçəklənən ölkəmizdə cənab Vidadi İsayev rayonumuzda bizə iş vermir. Axı biz torpaqlarımızın bütövlüyünün, dövlətciliyimizin , müstəqilliyimizin uğrunda canımızı, qanımızı və sağlamlığımızı qoymuşuq. Budurmu Bərdə rayon İH-nin başcısının , Qarabağ veteranına , əlilinə qoyduğu qayğı və köməklik. Hörmətli Prezident! Sizdən xahiş edirik bizə və Murad Fətəliyevi münasib işlə təmin olunmasına köməklik göstərəsiniz.
İmza : Fətəliyev Cəmil Fətəli oğlu Fətəliyev Murad Cəmil oğlu Fətəliyev Fərid Cumşud oğlu Fətəliyev Fətəli Cəmşid oğlu Fətəliyev Rauf Adil oğlu”
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az