3 aydır fəhlələr maaş almırlar və ...
Bu gün, 00:13

Araşdırılmasına ehtiyac duyulur.Əgər şikayət öz təsdiqini taparsa
işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan SOCAR AQŞ rəhbərliyi qanunvericilikdə nəzərdə tutulan qaydada (ARƏM maddə 310). maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyır və müvafiq məsuliyyətə cəlb edilməlidir. Və ARƏM Maddə 178. 1. əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verməidir.
SOCAR AQŞ işçisi yazdı:
Üç aydır ki,əmək haqqımız ödənilmir. Sonuncu dəfə əmək haqqımız dekabr 2024-cü ildə verilib. Dedilər bayramacan veriləcək. Bu gün deyirlər ki,pul yoxdur. Heç kim səbəbini izah etmir. Axı bizim ailəmiz var
Qeyd: SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib.
Tərəflər və iştirak payları :SOCAR-13.38% , Nobel Oil Ltd., - 73.77% , Abşeron Qazma MMC -12.85%
Mirvari Gahramanli
TEREF