ƏƏSMN-in “sevimli” şirkəti nazirliyin binasını təmir edəcək... - “Kriptonit İnşaat” kimə bağlıdır?

Bu gün, 00:05           
 ƏƏSMN-in “sevimli” şirkəti nazirliyin binasını təmir edəcək... - “Kriptonit İnşaat” kimə bağlıdır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni tenderinin nəticəsini elan edib. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Bildirilir ki, tender Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin inzibati binasının əsaslı təmir işlərinin satın alınması məqsədi ilə keçirilib. Bununla əlaqədar “KRİPTONİT İNŞAAT” QSC ilə 72 min 863 manat dəyərində müqavilə imzalanıb.
Tribunainfo.az-ın bununla bağlı apardığı araşdırma zamanı bəlli olub ki, “KRİPTONİT İNŞAAT” QSC son bir ildə cəmi iki tenderin qalibi olub. Həmin tenderlərin hər ikisi də ƏƏSMN-nin olub. Belə ki, ötən il ƏƏSMN-in tabeliyində olan DOST Mərkəzi 6 saylı DOST Mərkəzində tamburların quraşdırılması işlərinin satınalınmasını “KRİPTONİT İNŞAAT” ahəvalə edib. Bunun müqabilində isə 33 min 659 manat pul ödəyib.
Lakin daha əhatəli araşdırmalardan sonra məlum olub ki, bu, DOST-la “Kriptonit İnşaat” QSC arasında nə ilk, nə də sonuncu razılaşmadır. Ötən ilin aprelində də DOST Mərkəzi “Kriptonit İnşaat” və “Mac Construction” QSC-yə Sabirabad DOST Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərini həvalə edib. Həmin müqavilənin dəyəri isə 9 594 997 manat təşkil edib.
Maraqlıdır ki, ƏƏSMN-lə bu şirkət arasında münasibətlər 2020-ci ilə gedib çıxır. Keçmiş nazir Sahil Babayevin vaxtında “Kriptonit İnşaat” MMC nazirliyin 360 min manatlıq tenderlərini, 2021-ci ildə isə 6,25 milyon manatlıq tenderini udub.
Bildirək ki, “Kriptonit İnşaat” MMC şirkət 16 sentyabr 2020-ci il tarixdə qeydiyyata alınıb. Hüquqi ünvanı İmişli rayonu, Mürsəlli, ev 1, mənzil 1-də yerləşən şirkətin nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Səfərli Seyran Eldar oğludur.
Bu şirkətlə ƏƏSMN arasında hansı bağlantı və ya yaxınlıq var, bəlli deyil. Yazıda adı keçən qurumların və şirkətin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.