Sumqayıtda yerləşən Yaşıl Ada restoranında qanunsuz tikinti davam etdirilir - FOTOLAR

24-03-2025, 10:26           
Sumqayıtda yerləşən Yaşıl Ada restoranında qanunsuz tikinti davam etdirilir - FOTOLAR
Restoran sahibinin tikinti üçün rəsmi icazəsinin olmadığı bildirilir.

Paytaxt Bakı və ölkənin böyük şəhərlərində qanunsuz tikinti işləri son zamanlar yenidən füsət alıb. Buna səbəb isə yerli İcra Hakimiyyət orqanlarının və digər cavabdeh qurumların sahibkarlarla gizli şəkildə "anlaşaraq" qanunsuz tikintilərə göz yummasıdır.

AzFakt.com saytı Sumqayıt şəhəri 10-cu mikrarayon ərazisində yerləşən Yaşıl Ada restoranında qanunsuz tikintinin həyata keçirilməsi ilə bağlı məlumat vermişdi. Yaşıl Ada restoranının həyətində əlavə olaraq böyük bir restoran inşa edildiyi və restoran sahibinin tikinti üçün rəsmi icazəsinin olmadığını bildirmişdik.

Bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Hər hansı bir tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə alınmalıdır. Ancaq Sumqayıt şəhəri 10-ci mikrarayonda yerləşən Yaşıl Ada reston sahibinin adı çəkilən qurumlardan rəsmi icazə sənədinin olmadığı bildirilir. Məlumata görə Yaşıl Ada restoranında qanunsuz tikintiyə icazə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən "verilib".

AzFakt.com-a daxil olan məlumata görə Sumqayıt şəhəri 10-ci mikrarayonda yerləşən Yaşıl Ada restonında qanunsuz tikinti işləri davam etdirilir. Bu isə o anlama gəlir ki, Yaşıl Ada restoranın sahibi qanunları heçə sayır.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru