Polis nəfəri vətəndaşı ölümlə hədələyir - Səbail rayon Polis Şöbəsində işləyən Azərin özbaşınalığına hüquqi qiymət verilmir

20-10-2016, 00:04           
Polis nəfəri vətəndaşı ölümlə hədələyir - Səbail rayon Polis Şöbəsində işləyən Azərin özbaşınalığına hüquqi qiymət verilmir
Vətəndaş Cəmilə Vəliyeva redaksiyamıza müraciət edərək həyat yoldaşının oğurlanaraq ondan pul tələb etdiklərini bildirib. Məsələnin baş vermə anında polisə xəbər edəcəyi təqdirdə yoldaşını bir daha görməyəcəyi qeyd edilib. Və ondan 5000 manat gətirməsi tələbi irəli sürülüb.

BakuNeWs.az redaksiyasına müraciət edən "Respublika Xəbərləri" qəzetinin xüsusi müxbiri Cəmilə Vəliyeva bildirib ki, həyat yoldaşı Kamran Dadaşovun idarə etdiyi avtomobili ilə birlikdə oğurlanıb. Cəmilə xanım qeyd edib ki, bir il bundan öncə Sevinc İmanovadan faizlə pul götürüb. Hadisə bundan sonra baş verib. Belə ki, Sevinc İmanovanın təzyiqlərinə və təhdidlərinə məruz qalan vətəndaş pulu tamamilə ödədikdən sonra da canını qutara bilmir. Jurnalist daha sonralar şantaja məruz qaldığını iddia edir.

Aldığı pulun ödənilməsindən sonra yaşadığı evin qarşısından 10 oktyabr 2016-cı ildə səhər saat 08:20 radələrində Azər adlı şəxs və naməlum şəxs- özünü Rövşən kimi təqdim edənlə birgə K.Dadaşova onlarla getməli olduqların bildiriblər. Qeyd edək ki, Sevinc İmanova Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki musiqi məktəbində rəqs müəlliməsi işləyir. Məlumata görə, Sevinc İmanovanın qeyri rəsmi Səbail rayonunda polis serjantı işləyən Azər adlı şəxslə ər-arvad qismində yaşadığı bildirilir. Məsələnin digər tərəfidə məhz dırnaq arası qeydimizdə adı çəkilən Azər adlı serjantın qanunsuz olaraq səlahiyyətindən sui-stifadə etməsidir. Özünü polis kapitanı kimi təqdim edən Azər vətəndaş K.Dadaşovu yaşadığı ərazidən avtomobili ilə birlikdə uzaqlaşdırıb. Bunu görən Cəmilə Vəliyeva həyat yoldaşının arxasınca taksi ilə gedib. İşıqforda dayanan avtomobildən Azər adlı şəxs Cəmilə xanımı gördükdə K.Dadaşova yoldaşına arxamızca gəlməməsini söyləməyi əmr edib. K.Dadaşovda deyilən kimi həyat yoldaşına – “arxamca gəlmə mənim üçün pis ola bilər”- deyərək Cəmilə xanımı yolundan geri çevirib. Bundan sonra K.Dadaşovu məcbur ediblər ki, Cəmilə xanıma zəng edərək 5000 manat gətirməsini və həmin pulu 1 saat içərisində "DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin" qarşısında S.İmanova ilə Südabə adlı qadına verməsini tələb ediblər. Bununla işini bitmiş hesab etməyən Azər adlı polis K.Dadaşovun qardaşına da zəng etdirərək onu hədələmiş və pul gətirməsini tələb edib.

Hədələrdən sonra K.Dadaşovun qardaşı 500 manat taparaq onlara verib. Bütün bunlardan sonra Cəmilə xanım qeyd edib ki, qohumlardan topladığı 1300 manatla həmin deyilən yerə gedib. Jurnalist xanım 1300 manatı S.İmaova ilə Südabə adlı qadına verib və yalvararaq həyat yoldaşını buraxmalarını, bundan artıq pul tapa bilmədiyini bildirib. Pulu alan Sevinc məşuqu Azərə zəng edərək 1300 manat aldığını və K.Dadaşova şərt qoyaraq onu buraxmasını deyib. Azər isə öz növbəsində K. Dadaşova 3200 manatı qısa müddətdə toparlayaraq ona gətirməsi tələbini qoyaraq onu azad edib.

C.Vəliyevanın pulu Sevinc və Südabə adlı xanıma verməsi isə DİN-nin İAQM İdarəsinin kameraları qarşısında baş verib. Cəmilə xanım pulu verdikdən sonrada İnsan Alverinə Qarşı Mübarizə idarəsinə daxil olaraq başına gələnləri danışıb və onlardan da yardım istəyib. Amma idarədən bildirilib ki, bu məsələni polis idarəsinə bildirsin və bu onların işi deyil.

K.Dadaşovun evinə qayıtdıqdan sonra C.Vəliyeva ilə birlikdə Binəqədi rayon Polis İdarəsinə müraciət ediblər. Polis İdarəsinin təhqiqatçısı Orxan bəy şikayəti qəbul edərək qarşı tərəfləridə idarəyə çağırıb. Qanusuz əməllərə görə cəzalandırılmaları vacib olduğu halda Azər və Sevinc İmanova azadlıqda gəzməkdədirlər.
10 oktyabr 2016-cı ildən bu günə qədər S.İmanova jurnalistə dayanmadan zəng edir və sms vasitəsi ilə pul tələb edir. Məsələyə Polisin səhlənkarcasına yanaşdığını qeyd edən jurnalist xanım Prokrorluğa müraciət edəcəyini də vurğulayıb. Bütün bu edilən iddialarla bağlı Binəqədi rayon Polis İdarəsinin Təhqiqatçısı Orxan müəllimlə əlaqə saxlamağa çalışsaqda cəhdlərimiz boşa çıxdı.

Hazırda özünün və ailəsinin həyatına təhlükələr yaradan Azər adlı polis və S.İmanovanın qanun qarşısında cavab verməsini istəyən vətəndaş Olkə başçısından, Respublika Baş prokurorundan, eləcədə Daxili İşlər nazirindən kömək istəyir

Prezidentə və qanunlara inanan Cəmilə xanım onu da qeyd etdi ki, hal-hazırda həyat yoldaşının və özü ilə birlikdə iki azyaşlı övladlarının həyatı təhlükə altındadır. Polis idarəsindən Cəmilə xanıma bildirilib ki, gəlib ərizə və izahatınızı dəyşin. Şikayətçiyə hansı hüquqla bu təkliflər edilməsi isə müəmalı olaraq qalmaqdadır. Azər və Sevinc cütlüyünün insan həyatı üçün yaratdığı təhlükənin qarşısının alınması vacib şərtə çevrilib. Bir polis nəfərinin insanları qanunsuz yolla hədələməsi, onlardan pul tələb etməsi kimi faktın cəzasız qalmayacağına inanırıq.

Mövzunu diqqətimizdə saxlayacağıq... BİZİ İZLƏYİN
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.