Gəncə səhiyyəsində Azər Məmmədov problemi : Göz Xəstəxanası baş həkimin qazanc mənbəyinə çevrilib

20-10-2016, 00:07           

Son dövrlər Gəncə səhiyyəsində yaranmış bir sıra problemlərlə bağlı ardı-arası məlumatlar almaqdayıq. Şəhərin səhiyyə ocaqlarında rüşvətxorluq hallarının çoxalması vətəndaşlarımızın ciddi narahatçılığına səbəb olmaqdadır. Qəribə də olsa çoxsaylı şikayətlərin olmasına baxmayaraq, şəhər rəhbərliyi, şəhər səhiyyə idarəsi baş verən pozuntulara susmaqla cavab verir.
Azerinews.tv daxil olan muraciətlərdə Gəncədə qeyd etdiyim halların çoxalmasından bəhs olunur. Şəhərin N.Nərimanov prospektində yerləşən Göz Xəstəxanasında rüşvətxorluq hallarının artması vətəndaşlarımızın haqlı narazılığına səbəb olub. Xəstəxananın baş həkimi Azər Məmmədovun səhiyyə ocağında tətbiq etdiyi qaydalar müyinə və müalicə üçün gələn vətəndaşları narahat etməyə bilməz. Baş həkimin qaydalarına görə xəstəxanaya daxil olan vətəndaş tibb bacısı daxil hamının haqqını verməlidir. Sonda Azər həkimin “hörmət”i gəlir ki bu da xırda məbləğlə başa gələn deyil.
Göz Xəstəxanasında müalicə almaq üçün ən azı 500 manat rüşvət verməli olan vətəndaş tibbi ləvəzimatlari – dərmanları da özü alır. Azər həkimin qaydalarına görə cərahiyyə əməliyyatlarına 1000 manat rüşvət ödənilməlidir. Bundan başqa səhiyyə ocağında çalışan həkimlər də baş həkimin qaydalarına əsasən xəstələrin sayına görə “haqq” verməlidirlər.
Azər Məmmədov narazılıq bildirən və ya “pulum yoxdur” deyən vətəndaşları xəstəxanadan xaric etməyi də bacarır. Nəzərə alsaq ki, uzun müddətdir xəstəxanada baş həkim vəzifəsində bu şəxsin adı qeyd olunur o zaman Azər Məmmədovun day-dayısının da təsadüfi adam olmadığı aydınlaşır. Yığılan rüşvəti “yuxarı”lara verdiyini bildirən baş həkim xəstələrə və müayinəyə gələn vətəndaşlara “biz kimik ki, bizə deyirlər alın bizdə alırıq” – fikrini çatdırmaqdan çəkinmir.
Redaksiyamıza Gəncənin Göz Xəstəxanasında baş verənlərlə bağlı ciddi faktlar daxil olmaqdadır. Hazırda xəstəxanada nələr baş verdiyini ciddi araşdırırıq. Qısa zamanda sizə ətraflı məlumat verəcəyik. Ümid edirik ki, bizə müraciət edən vətəndaşların narazılıqlarına Səhiyyə nazirliyi biganə qalmayacaq.
Mövzuya qayıdacağıq.
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.