TƏRTƏRDƏ BƏYLƏROVLAR KABUSU – ÖZƏL – FOTOLAR

16-12-2016, 21:23           
TƏRTƏRDƏ BƏYLƏROVLAR KABUSU – ÖZƏL – FOTOLAR
Tərtər rayon icra başçısının sabiq müavini Vidadi Bəylərovla bağlı yeni məlumatlar əldə etmişik

Tərtər icra başçısının I muavini vəzifəsində işlədiyi dövr ərzində adı müxtəlif qalmaqallarda hallanan Vidadi Bəylərov yenidən meydan sulamaqdadır. Xatırladaq ki, Vidadi Bəylərov hələ RİH başçısının müavini olarkən oğlu Elxan Bəylərli azyaşlı olmasına rəğmən, bahalı avtomobillərlə şəhərdə “avtoşluqla” məşğul olurdu. Elə atası Vidadi Bəylərov da məhz oğlunun bu azarının güdazına gedib.

Belə ki, 2013-cü ildə Vidadi Bəylərovun oğlu dostu ilə bərabər “avtoşluq” etmiş və avtomobil qəzası baş vermişdi. teref.az politika.aza istinadən yazır ki,Həmin qəza nəticəsində Elxan Bəylərlinin dostu, evin tək oglu Ramil müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişmişdi.

Həmin vaxt baş vermiş olayla bağlı cinayət işi açılsa da Elxan Bəylərli hansısa yollarla cinayət məsuliyyətindən yayına bilmişdi. Amma bunun bədəlini atası Vidadi Bəylərov vəzifəsini itirməklə ödəmiş oldu. Hadisə ilə bağlı məlumatlandırılan cənab prezident dərhal Vidadi Bəylərovu tutduğu vəzifədən azad etmişdi.

Politika.Az bildirir ki, Vidadi Bəylərov bundan sonra uzun müddət işsiz qalsa da sonradan himayədarlarının köməkliyi ilə yeni vəzifəyə təyinat almağı bacarıb. Ona bu işdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və Rabitə ve informasiya nazirliyinin hazırda həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalovun köməklik göstərdiyi bildirilir. Beləliklə prezidentin işdən qovduğu Vidadi Bəylərov Tərtər rayon Telefon qovşağının rəisi vəzifəsinə təyinat almağı bacardı.

Atasının yenidən vəzifə kreslosunda əyləşməsi isə oğlu Elxan Bəylərilinin əl-qolunu yenidən açıb. Hər halda onun sosial şəbəkələrdə özünün bahalı avtomobillərini reklam etməsi, evlərinin və olduğu kef məclislərinin fotolorını paylaşması istər istəməz belə bir sual yaranır ki, Vidadi Bəylərovun oğlu bu dəbdəbəni hansı vəsait hesabına qura bilib. Atasının o qədər də yüksək olmayan əmək haqqısı ilə ya…

Onun bu harınlığı isə sıravi vətəndaşlarda qıcıq yaratmaqla yanaşı sosial narazılıq üçün zəmin də formalaşdırır.

Biz bu yazımızda Vidadi Bəylərovun oğlunun sosial şəbəkələrdə paylaşdığı fotoları dərc etməklə kifayətlənirik. Növbəti yazımızda isə Vidadi Bəylərovun adi danişıq qabiliyyəti olmayan, savadsızlığı ilə ad çıxaran qardaşı Zaur Bəylərovun Bərdədə vəzifəyə necə yüksəlməsinin təfərrüatlarından, bərdəlilərin başına hansı oyunları açmasından və digər şok mətləblərdən bəhs edəcəyik.

teref.az olkaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!~
teref.az





























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.