Zorlandığını deməklə məşhurlaşan direktor müavininə yeni vəzifə - Məktəb qarışdı
16-12-2016, 20:55
Bir müddət əvvəl Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəbdə direktor tərəfindən zorlandığını iddia edən, daha sonra isə işdən qovulan direktor müavini Ləman Babayeva başqa məktəbdə işə düzəlib.
L.Babayeva Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən nüfuzlu məktəblərdən birində - İftixar Tağıyev adına 26№-li tam orta məktəbdə işə başlayıb.
Məktəbin kollektivi onun bura təyinat almasına etiraz edib. Müəllim və digər işçilər ərizə yazaraq narazılıqlarını ifadə ediblər, lakin ərizələri geri qaytarılıb.
Məktəbdən L.Babayevanın işə düzəldiyi faktını təsdiqləyiblər.
Xatırladaq ki, bir müddət öncə 230 nömrəli məktəbin direktoru Elşən Qafarov və müavini Ləman Babayeva zorlanma iddiası ilə mətbuatın gündəminə gəlmişdi. Belə ki, xanım müavin direktor E.Qafarov tərəfindən zorlandığını bildirirdi. Lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.
Mətbuatda yayılan məlumatlarda L.Babayevanın erməni əsilli olduğu da vurğulanırdı.
Daha sonra isə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Elşən Qafarov və Ləman Babayeva işdən qovulmuşdular.(BakiPost.a)