Kərəm Həsənova PA-da izahat yazdırıblar-KOMİTƏ SƏDRİ ELDAR MAHMUDOVLA DOSTLUĞUNU TƏKZİB EDƏ BİLMƏYİB

19-12-2016, 09:55           

Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etdiyi dönəmdə ölkənin ən qüdrətli nazirlərindən biri olan Eldar Mahmudovla münasibət qurmaq hər bir yüksək vəzifəli şəxs üçün şərəf sayılıb. Bu şərəfə nail olanlar MTN-nin sabiq şefinin “çətiri altına” girərək arxayın şəkildə işləyiblər.
Bu şəxslərdən biri də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Əslində Eldar Mahmudovun “vurulmasından” sonra onun da işdən atılacağı gözlənilsə də bu baş vermədi.
Bilgili mənbələrdən Gununsesi.info-ya verilən məlumatda Kərəm Həsənovun Eldar Mahmudovla münasibətlərinə görə sorğu-sual edildiyi deyilir. Belə ki, komitə sədrinin Prezident Admnistrasiyasına çağrıldığı və sabiq nazirlə yaxın münasibətlərini, iş birliklərini təsdiqləyən faktların qarşısına qoyulduğu deyilir. Bu yaxınlığı etiraf etmək məcburiyyətində qalan Kərəm Həsənov bununla bağlı rəsmi izahat da yazıb.
Qeyd edək ki, Kərəm Həsənov barəsində mediada Mahmudovun “işverəni” kimi ifadələr yazılıb. O, hansısa dövlət əmlakını özəlləşdirən şəxslərin siyahısını MTN-nə ötürməklə, Eldar Mahmudova külli miqdarda pullar qazandırıb.
Hər iki şəxsin münasibətləri o qədər yaxın olub ki, hətta Kərəm Həsənov MTN şefinin qızının toyunda “Yallı” gedirmiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru