Neftçalanın icra başçısı tam olaraq harınlayıb...

18-06-2015, 22:57           
Neftçalanın icra başçısı tam olaraq harınlayıb...
Bu gün özünü kifayət qədər güvəndə və arxayınçılıqda hiss edən Neftçala rayonunun icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev əsl oliqarxa çevrilib. Təbii ki, kiminsə varlanması, zəngiləşməsi qəbahət deyil və burada ayıb nəsə yoxdur. Amma ayıb olanı və həm də cinayət hesab olunası məqam ondan ibarətdir ki, İsmayıl Vəliyev bu gün sahibi olduğu sərvəti məhz neftçalalıları qarət etməklə, büdcədən Neftçalaya ayrılan pulları mənimsəməklə əldə edib.

Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, özünü əsl firon kimi hiss edən İsmayıl Vəliyevə "gözün üztündə qaşın var" deyilmədiyindən başçı rayonda istədiyi "raconu kəsir". Məbənin söylədikləri: "Məsələn, bu gün Neftmalada hər kəs yaxşı bilir ki, hansı sahibkarın, fermerin nə uğuru varsa, orada icra başçısının əlahiddə və özəl payı var. İş o həddə çatıb ki, hətta neftçalalılar elə düşünür ki, onlar küp qızıl tapsalar da, İsmayıl Vəlyevlə bölmək məcburiyyətindədirlər".

Daha sonra dia.az-a məlumat verən mənbə Neftçalad başçının eyş-işrət məclislərinə meyilli olmasını da xatırladır: "Bir zamanlar rayonda İsmayıl Vəliyevin Mərəzədən özü ilə gətirdiyi baş memar Rüstəm Tahirov at oynadırdı. Sonradan başçı onu "rasxod"a verməli oldu. İndi isə rayonda rəsmən dayı-bacıoğlu "bespredel"i hökmrandır. İ.Vəliyev Neftçalaya başçı gələndən sonra qohum-əqrəbasında olan təqaüdçüləri də özüylə rayona gətirib: Vəliyevin dayısı Aydın hazırda Neftçalda məskunlaşıb. O, keçmiş “OBXSS” işçisi olub və indi təqaüddədir. Neftçala İcra Hakimiyyətinin inzibati binasının arxasında yerləşən qonaq evində qalır. Hər gün dayı-bacı oğlu və baş memar həmin qonaq evində kef məclisi qururlar. Gecə yarısı səsləri ətrafı bürüyür. Dayının əsas vəzifəsi rayona öz adamlarını göndərərək idarə müdirlərini izləməkdən ibarətdir. Arada başçı müavinlərini və digər idarə müdirlərini yanına çağırıb danlayır və onun da ayda haqqını vermələrini tələb edir. İdarə müdirləri banklardan kredit götürüb Rüstəmi, Aydını razı salmağa məcbur qalıblar".

Onu da bildirək ki, dia.az-a Neftçalanın "kralı" ilə bağlı ilginc faktlar da ötürülüb ki, həmin bilgiləri yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.