Nizami İskəndərovun Nabrandakı obyektində təhlükə

29-06-2015, 15:54           
Nizami İskəndərovun Nabrandakı obyektində təhlükə
Sabiq deputat Nizami İsgəndərov biznes fəaliyyətində qanunsuzluqlara yol verməkdə davam edir.

TİA.AZ-ın məlumatına görə, keçmiş deputatın “Nabran Holiday Village" istirahət mərkəzində təhlükəsizlik yenə də yüksək səviyyədə mühafizə edilmir. Obyektdə hovuza xüsusi diqqət olmalıdır ki, buna da məsuliyyətsiz yanaşma var.
İstirahət mərkəzinin hovuzunda faciə ilə üzləşən 2 yaşlı İmran Cəfərzadənin başına gələnlər bütün ölkədə rezonansa səbəb olsa da, “Nabran Holiday Village"-in fəaliyyətinə xitam verilmədi. Lakin bu cür hadisədən sonra obyektin bağlanacağı barədə müvafiq qurumlar fikir bildirmişdi. Görünür, bir külək kimi əsdi, keçdi, getdi.
Gundelik-baku.com son xəbər olaraq məlumat yayıb ki, sabiq deputat yenidən mandat qazanmaq sevdasına düşüb. Reputasiyası zədələnmiş biznesmen parlament seçkilərində iştirak üçün qeyri-rəsmi təbliğata başlayıb. N.İsgəndərov aktiv siyasi fəaliyyət yolunu seçib və ictimai həyatda özünü təsdiqləmək məqsədi var.
Qeyd edək ki, Nizami İsgəndərov Sumqayıt şəhərinin tanınmış iş adamlarından biridir və "Nabran Village Holiday" istirahət mərkəzi ilə yanaşı "Cavid" və "Sumqayıt" ticarət mərkəzlərinin sahibidir.
2005-ci ildə hakim YAP-nın siyahısı ilə deputat ola bilib. 2010-cu ildə isə müəyyən səbəblərdən seçkidən kənarlaşdırılır və Oqtay Əsədov onu özünə köməkçi götürür.
Çox keçmir ki, bu vəzifədən də kənarlaşdırılır və hazırda biznes fəaliyyəti ilə məşğuldur. İsgəndərovla bağlı zaman-zaman ölkə mətbuatında məlumatlar dolanıb. Məlumatlar sırasında onun biznes fəaliyyətindəki qanunsuz əməllərlə bağlı çoxlu faktlar sadalanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.