Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyevin "əməliyyat" ları - İddia

30-06-2015, 11:40           
Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyevin "əməliyyat" ları - İddia
Qəzetimizin ötən saylarında dərc etdiyimiz materiallarda Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi Yaşar Əliyevin öz fəaliyyətində yol verdiyi vəzifədən sui-istifadə halları, rüşvətxorluq və digər ciddi qanun pozuntularına dair yerli mənbələrdən aldığımız aldığımız bəzi məlumatlar təqdim olunmuşdu. Bu xüsusda redaksiyamıza edilən müraciətlərdə iddia olunur ki, Yaşar Əliyevin yarıtmaz fəaliyyəti nəticəsində bu gün dispanserdə vəziyyət son dərəcə acınacaqlı hal almışdır. Mənbələr bildirirlər ki, bu gün artıq sadəcə burada müalicə alan insanlar deyil, həmçinin dispanserin tibbi personalı da baş həkimin qanunsuz əməllərindən beziblər. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz qeyd emişdik ki, respublikamızın səhiyyə sistemində əsaslı islahatların həyata keçirildiyi və bir çox istiqamətlərdə kifayət qədər inkişafa nail olunmasına rəğmən, bu gün bəzi rayon və bölgələrimizdə səhiyyənin durumu hələ də son dərəcə acınacaqlı vəziyyətdədir. Təəssüf hissi ilə də olsa, qeyd etmək lazımdır ki, bu gün Gəncə səhiyyəsi də hələ ki, bir çox nöqsanlarla diqqəti cəlb etməkdədir. Gəncə şəhər Psixonevroloji Dispanserinin fəaliyyətindən doğan haqlı narazılıqlar isə bu sadə vəziyyətin ciddiliyini bir daha vurğulayır. Mənbələr bildirirlər ki, Yaşar Əliyevlə razılığa gələn sağlam şəxslər bu dispanserdən hətta “dəlilik kağızı” da ala bilirlər. Saxta yolla əldə edilən “dəlilik kağızı” isə bir çox məqamlarda daha təhlükəli fəsadlara yol açılmasında vasitə rolunu oynayır. Məsələn, müəyyən şəxslər hansısa cinayət hadisəsi törətdikdə bu kağızın vasitəsilə məsuliyyətdən kənarda qala bilirlər. Həmçinin əsgəri xidmətdən yayınmaq üçün də bu arayış müstəsna rol oynayır. Daha sonra daxil olan məlumatlarda, dispander rəhbərliyinin buraya ayrılan dərman preparatları ilə də müəyyən maxinasiyalar törətdiyi bildirilir. Vurğulanır ki, dispanserdə əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə dərmanlar ikiqat bahasına satılır. Belə ki, müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Gəncədə və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar. Digər tərəfdən də dispanserdə müalicə olunan xəstələr müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara məruz qalırlar. Belə ki, dispanserdə müalicə alan xəstələr bəzi hallarda ayrı-ayrı işlərə cəlbolunurlar. Baş həkim onların əməyindən dispanserin həyatyanı sahəsinin təmizlənməsində və müəyyən tikinti işlərində istifadə edir. Bu isə məlum olduğu kimi psixo-nevroloji xəstələrin istismarı kimi xarakterizə olunan yolverilməz haldır. Məlumdur ki, sözügedən səhiyyə ocağının saxlanılması məqsədilə ildə büdcədən külli-miqdarda vəsait ayrılır. Lakin aldığımız məlumatlara görə bu vəsaitin əsas hissəsi baş həkimin şəxsi işlərinə, həmçinin maliyyə müfəttişlərinin “yola salınmasına”, yerdə qalan cüzi hissəsi isə xəstələrə xərclənir. Bu xüsusda məlumatı təqdim edən mənbə bildirir ki, dispanserə guya ki, ərzaq məhsullarının, tibbi və hətta dəftərxana ləvazimatlarının alınması adı ilə hər il budcədən külli-miqdarda vəsaitlər ayrılır. Həmçinin dispanserin binasının cari təmir işlərinə də heç də az məbləğdə pullar ayrılmır. Lakin bu vəsaitlərin böyük bir hissəsi bir qayda olaraq, müxtəlif saxta şirkətlərin hesablrına köçürülərək nağdlaşdırılır və sonrdan dispanserin rəhbərliyi tərəfindən mənimsənilir.

Gəncə şəhər Psixonevroloji Dispanserinin rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.