Nazir müavinin milyonluq obyektləri üzə çıxdı - FOTOLAR

13-07-2017, 14:16           
Nazir müavinin milyonluq obyektləri üzə çıxdı - FOTOLAR
1999-cu ildən bu günə kimi Səhiyyə Nazirinin birinci müavini vəzifəsində çalışan Abbas Vəlibəyovun milyonluq obyektlərinin siyahısı məlum olub.

Unikal.org-a daxil olan siyahıda bildirilir ki, 18 ilə yaxındır Azərbaycanda yüksək post tutan Abbas Vəlibəyovun təkcə Bakıda 10-a yaxın milyonluq ev və ticarət obyektləri mövcuddur.

Nazir müavinin Bakının Yasamal və Səbail rayonunda iki məşhur restoranı var.

-Bakıda Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən "Elbaro" restoranı...

Bu restoran bir neçə il bundan əvvəl baş verən güllələnmə hadisəsindən sonra ictimayyətə daha yaxşı tanındı. Belə ki, 06.02.2013-cü il tarixində bu restoranda iki nəfər –ata və oğul güllələnmişdi. Restoranda Aydın Məmmədzadənin anasının ad günü qeyd edilirmiş. Mərasimin başa çatmasına az qalmış restorana daxil olan bir nəfər ata və oğul Məmmədzadələri nişan alaraq, avtomat silahla onları ayağından güllələyib. Məlumata görə, Aydın Məmmədzadə Bakının tanınmış və stajlı zərgərlərindən biri olub. Onun oğlu Emin Məmmədzadə də zərgər kimi fəaliyyət göstərib.

Abbas Vəlibəyovun xarici brend adı ilə Bakıda açdığı "Moon Crown” və "Qrient” restoranı da var.

"Moon Crown”Bakının Səbail rayonu, Nefçi Qurban 25 ünvanında,"Qrient”Azərbaycan Tibb Universitetinin yaxınlığında yerləşir.

Bununla belə nazir müavinin Bakının Bayıl, Nardaran və Bilgəh ərazilərində milyonluq bağ evidə var.
Həmçinin Bakının Nizami küçəsində, məşhur Tarqovu kimi tanınan ərazisində böyük mənzilə də sahibdir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru