Nəsimi Rayon məhkəmə qərarlarını İcra şöbəsi və Ədliyyə Nazirliyinin Baş İcra məmuru Nurəddin Mustafayev BP -dən niyə çəkinir?

16-08-2017, 10:15           
Nəsimi Rayon məhkəmə qərarlarını İcra şöbəsi və Ədliyyə Nazirliyinin Baş İcra məmuru Nurəddin Mustafayev BP -dən niyə çəkinir?
teref.az «Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı»-nın sədri Mirvari Qəhrəmanlının öz statusunda verdiyi bu sualı oxuculara təqdim edir:
Nəsimi Rayon məhkəmə qərarlarını İcra şöbəsi və Ədliyyə Nazirliyinin Baş İcra məmuru Nurəddin Mustafayev məhkəmə qərarlarını saymayan BP -dən çəkinir ?! Görəsən niyə ?
Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan qanunlarını tanımır və tanımadığı üçün cəzalandırılmır da. Belə ki, BP şirkəti 4 aya yaxındır ki, işçinin işə bərpası ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmir. Məhkəmə qərarından 3 ay sonra işçinin işə qəbul edilməsi barədə Əmr verib, Əmək müqaviləsi bağlasa da 15 gündən artıqdır ki, işçini işə buraxmır və məcburi iş buraxmaya görə əmək haqqını ödəmir. Nəsimi Rayon İcra şöbəsi və Ədliyyə Nazirliyinin Baş İcra məmuru Nurəddin Mustafayevə dəfələrlə şikayət edilsə də, qanuni qüvvəyə minmiş qətnaməni icra etmək və BP-nin rəhbərlərini qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb etmək istəmirlər. Görəsən niyə? BP şirkətinin prezidenti də "Həsən ağanın" qohumudur?
teref.az olaraq adları çıəkilən qurum və şəxslərin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.