Astan Şahverdiyevin baş nazirin müavini Əli Həsənovu müdafiə etməsinin gizlinləri – Hadisə baş verən gün qəzanı törədən şəxsin Nail Allahverdiyev olmasını kim gizlədib?

17-08-2017, 13:32           
Astan Şahverdiyevin baş nazirin müavini Əli Həsənovu müdafiə etməsinin gizlinləri – Hadisə baş verən gün qəzanı törədən şəxsin Nail Allahverdiyev olmasını kim gizlədib?
Ötən həftənin media gündəmini zəbt edən baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməsi bəzi dairələrin, o cümlədən millət vəkillərinin də hadisəyə münasibət sərgiləmələri ilə yadda qaldı.
Avropa.info xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan deputat Astan Şahverdiyevin isə heç nəyə “dərman” olmayan, əslində müdafiə xarakterli bəyanatı məsələnin daha da gərginləşməsinə əsas verdi. Astan Şahverdiyevi baş nazirin müavinini,eləcədə “Qaçqınkom”-un sədrini müdafiə etməsinə nə vadar edirdi?
Avropa. info-nun əldə etdiyi məlumata görə, Astan Şahverdiyev özünün və qohumlarının əldə etdiyi bütün imtiyazları məhz baş nazirin müavini Əli Həsənovun sayəsində əldə edib. Astan Şahverdiyevin qardaşı Araz Şahverdiyev Cəbrayıl rayon polis idarəsinin rəisidir, o cümlədən digər qardaşı oğlu Eyvaz Şahverdiyev isə Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavinidir. İddialara görə, qəza hadisəsi baş verən gün sükan arxasında olan şəxsin Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olmasını məhz Eyvaz Şahverdiyev gizlədə bilib. Eyvaz Şahverdiyevin Bakı Dövlət Yol Polisində intelektual idarəetməyə cavabdeh olduğu və bütün kameralara nəzarətin birbaşa bu şəxsin nəzarətində olduğu qeyd edilir. Lakin sonradan məsələnin daha da böyüməsi və Dövlət Yol Polisinin araşdırmaları nəticəsində əsl həqiqət üzə çıxıb. Qeyd edək ki, hadisə baş verəndən bir gün sonra, deputat Astan Şahverdiyev də Nail Allahverdiyevin hadisə yerində olmadığını, avtomobili onun idarə etmədiyini bildirirdi













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru