Aleksey Navalnı Kremli korrupsiya ittihamları ilə sarsıtmaqda davam edir VİDEO

19-08-2017, 12:36           
Aleksey Navalnı Kremli korrupsiya ittihamları ilə sarsıtmaqda davam edir VİDEO
Rusiyalı müxalifətçinin bu dəfə hədəfində prezidentin mətbuat katibi Dmitri Peskov olub

Aleksey Navalnı bu gün Rusiyanın ən populyar müxalifət nümayəndəsidir. Onun Kremlin korrupsiya əməlləri ilə bağlı hər videosu youtube-da milyonlar tərəfindən izlənilir.

Sadə danışıq dilinə və gözəl natiqlik qabiliyyətinə malik olması, üstəlik internetin texniki imkanlarından maksimum şəkildə istifadə etməsi səbəbindən Navalnının videoları geniş kütlələr, xüsusilə gənc nəsil tərəfindən rəğbət görür.

Navalnının son videolarından biri Rusiya prezidentinin mətbuat katibi, daha doğrusu onun Böyük Britaniya vətəndaşı olan oğlu Nikolay Çoulz haqqında olub. Videomaterialda Dmitri Peskov və onun ailəsinin var-dövləti ilə bağlı maraqlı məlumatlar verilib.

Süjetin ilk dəqiqələrində Dmitri Peskov olduqca bahalı sayılan “Tesla” markalı avtomobilini sürərkən göstərilir. Navalnı Peskovun bəyan etdiyi mülki obeyktləri içində bu markada avtomobil olmadığını dilə gətirir.

Materialdan göründüyü kimi Peskovun sürdüyü maşın onun ilk nikahdan doğulan oğlu, hazırda anası ilə birlikdə Böyük Britaniyada yaşayan, sonradan ögey atasının soyadını götürən Nikolay Dmitriyeviç Çoulzun adınadır.

Materialda Nikolay Çoulzun olduqca dəbdəbəli həyat tərzinə malik olduğu vurğulanır.

Çoulzun Böyük Britaniya vətəndaşı olması krallıq mətbuatının da diqqətini cəlb edib.

Həm Navalnı, həm də ingilis mətbuatı Çoulzun keçmişi ilə bağlı maraqlı faktlar açıqlayıb.

“2010-cu ildə Nikolay Çoulz Böyük Britaniyanın Milton-Kins şəhərində McDonald's restoranında bir şəxsə hücum etdiyinə görə həbsxanaya düşən britaniyalı gənc olub. 2017-ci ildə isə Çoulz Moskvanın küçələrində Ferrari ilə şütüyən, şəxsi təyyarədə və ya birinci sinif yerlərdə gəzən, Moskvanın elitar həyatına daxil olan şəxsə çevrilib”, “The Guardian”-dan Şon Uoker yazır.

Navalnının sözlərinə görə, Çoulz bütün bunlara görə doğma atası, prezidentin mətbuat katibi Peskova borcludur.
Videomaterialda Çoulzun məhkum edildiyi məhkəmə sənədlərinin görüntülərinə yer verilib. Məlum olub ki, Çoulz və onun iki dostu bir nəfəri qarət məqsədilə möhkəm döyüblərmiş.

Lakin qanunların hökm sürdüyü Böyük Britaniyadan fərqli olaraq Çoulz xarakterində adam Rusiyada, hələ arxasında Peskov kimi qüdrətli ata dururkən özünü balığın suda hiss etdiyi kimi aparıb.

Süjetdə Çoulzun Moskvada əsl tüfeyli həyat tərzi keçirdiyi də qeyd olunub.

Videoebloqda onun 2012-ci ildə Kremlin qara təbliğat vasitəsi “Russia Today” kanalında işə düzəldiyi, lakin sonradan yoxa çıxdığı bildirilir.

Həmn vaxtdan Çoulzun nə işlə məşğul olduğunu bilən yoxdur.

Lakin bu “işsiz” adam sosial şəbəkələrdə heç də təvazökarlıq nümunəsini göstərmir. Instagram onun bahalı avtomobillərinin, gəmilərinin Moskvanın mərkəzində aldığı evlərinin şəkilləri ilə doludur.

Bundan başqa Peskovun oğlu həm də “avtoşluğu “ilə də ad çıxarıb. Polis qeydiyyatından da göründüyü kimi, onun üstündə yol hərəkəti qaydalarını pozduğuna görə 116 cərimə var.

“Heç bir yerdə işləmir, amma “Rublyovka”da (Moskva kənarında elitar bağ sahələrinin yerləşdiyi bölgə-red.) evlər , ferrarilər, saatlar, səyahətlər, qiyməti ölçülməz atlar. Bizə bu sənətin adı yaxşı məlumdur-KORRUPSİONER ATANIN OĞLU”,- Navalnı videosüjetin sonunda qeyd edib.

Navalnı son videomaterialında isə Kremlə yaxın kanallarla əməlli başlı məzələnib. Belə ki, bir neçə gün qabaq həyat yoldaşı ilə Fransaya səyahət edəcəyini bəyan edən rusiyalı müxlaifətçinin izinə iqtidar kanalları da düşüb. Hətta onlardan biri, Dmitri Peskova yaxın olan, erməni əsilli iş adamı Aram Qabrelyanovun sahibi olduğu “Lifenews” kanalı A.Navalnı haqqında maraqlı videomaterial təqdim edənə 50 min rubl pul vəd edib. Elandan bir qədər sonra, izləyicilərdən biri onun Fransanın Ruan şəhərində çəkilən görüntülərini kanala göndərib.

Lakin məlum olub ki, videomaterialı göndərən və bunun üçün başqa şəxsin adından istifadə edən Navalnıdan başqası olmayıb. Videonu çəkən isə onun həyat yoldaşı Lyudmila imiş. Navalnı Qabrelyanovdan aldığı pulu isə özünün “Korrupsiyaya qarşı fond”un hesabına köçürüb.
İşin ən maraqlı yanı Qabrelyanovun materialı göndərən adama (yəni saxta addan istifadə edən Navalnıya) vəd etdiyi kimi 50 min deyil, 10 min rubl pul yatırması olub. Necə deyərlər ermənilərin “atmaq” xisləti Qabrelyanovda da özünü göstərib...

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.