Göyçayda ŞOK MƏMUR HARINLIĞI - VİDEO (18+)

22-08-2017, 14:21           
Göyçayda ŞOK MƏMUR HARINLIĞI - VİDEO (18+)
Dəfələrlə dövlət başçısının məmurlara həm özlərinin və həm də yaxınlarının davranışlarına diqqət etmələri üçün xəbərdarlıq etməsinə, bu yöndə sərt addımların atılmasına baxmayaraq, hələ də öz harın xislətilə diqqətə gələnlər var ki, onlardan biri də Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovdur.

DİA.AZ bildirir ki, bu günlərdə sosial şəbəkələrdə bələdiyyə sədrinin ətrafına toplaşmış sakinlərin arasında qadınların belə olmasına baxmayaraq açıq şəkildə söyüş işlətməsi, həmçinin özünü məmur adına yaraşmayan formada aparması əks olunan videomaterial yayılıb.

Həmin videonu təqdim edirik və bəri başdan bəyan edirik ki, təqdim olunan materialda "18+" xarakteri mövcud olduğundan azyaşlıların dinləməsi qəti qadağandır.

Hər halda bu hansısa küçə adamının yox, bir məmurun leksikonudur və DİA.AZ olaraq ümid edirik ki, müvafiq qurumlar belə bir keyfiyyətdə olan bələdiyyə sədrilə bağlı gərəkən addımları atacaq.

Dia.az olaraq həmin videonu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru