ŞİRVAN PARKLARINDA “KEF ÇƏKƏN” İNƏKLƏR -“Yaşıl soyqım”-a niyə göz yumulur

18-09-2017, 20:15           
ŞİRVAN PARKLARINDA “KEF ÇƏKƏN” İNƏKLƏR -“Yaşıl soyqım”-a niyə göz yumulur
Məlumdur ki, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində uğurlu addımlar atılır, ekoloji vəziyyətin sağlamlaşdırılması yönündə biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosferin mühafizəsinə istiqamətində tədbirlər həyata keçirilir.

Məhz bu qəbildəndir ki, yaşıllaşlıqların artırılması və mühafizəsi üzrə ölkə boyu yaşıllıq zolaqlarının salınması, park və müvafiq yerlərdə kol və yeni nəsil ağacların əkilməsi, ictimai xarakter daşıyır.

Nəticədə həm ekoloji vəziyyət düzəlir, həm də yaşıl gözəlliklər zövqümüzü oxşayır.

Lakin Şirvan Şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsində bu tendensiyaya naxələflik müşahidə olunur. Daha dəqiq desək həyata keçirilən yaşıllaşdırma proqramına biganə möqve nümayiş olunur.

Qurumun məsuliyyətsizliyi şəhərin park və yaşıllıq massivinin mal-qara tərəfindən məhv edilməsinə gətirib çıxarır.

Sakinlər bildirir ki, uzun müddətdən bəri Heydər Əliyev prospektindəki parkda istirahət edə bilmirik, narahatlığa səbəb park ərazisində dolaşn iri buynuzlu mal-qaradır. Sahibsiz şəkildə dolaşan mal-qara uşaqlarımızı qorxudur, üstəlik dekorativ ağac və kolları yeyərək gözəlliyi məhv edir.


Vəziyyət bununla kifayətlənmir.
Üstəlik mal nəcisinin əlindən tərpənmək olmur. Bütün bunlara görə məsuliyyəti Yaşıllaşdırma İdarəsi daşımalıdır, biz yox”.

Sakinlər onu da qeyd edirlər ki, Şirvanda bu kimi halların baş verməsi birinci dəfə deyil. Son zamanlar şəhərin müxtəlif yerlərində yaşıllıqların məhv edilməsi halları adi hala çevrilib.

Yaşıllaşdırma İdarəsinin müdiri Azər müəllim məsələnin həllinə çalışmır. Müraciət etsəkdə baxan yoxdur..

Xahiş edirik problemin aradan qaldırılmasına köməklik edin.. Sitatın sonu.

Maraqlıdır ki, Şirvan şəhər İcra Hakimiyyətinə mənsub olan İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyin tabeçiliyində fəaliyyət göstərən Yaşıllaşdırma Təsərrüfatı İdarəsi, ərazi üzrə yaşıllıq zolaqlarının, əkilmiş ağac və gül kollarına aqro texniki şəkildə qulluq göstərilməsi işinə biganəlik nümayiş etdirməklə bu sahəyə ayrılan büdcə vəsaitlərinin havaya sovrulmasına xidmət edir.

Misal üçün bildirək ki, təkcə ötən il Şirvan Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı İdarəsi “İnter 55” MMC-yə ümumi avadanlıqların satın alınması üçün 102 830 manat pul ödəyib.

OperativXeber olaraq tərəfimizdən qurum rəhbəri Azər müəllimə belə bir sual yaranır:
İqtisadi çətinlik dövründə səmərəsiz xərclərə yol verməklə vəsait itkisinə yol vermək, digər tərəfdən isə görülən işləri kölgə altına almaq nə dərəcədə düzdür?

Sonda məsələni şəhər rəhbərliyinin nəzərinə yönəldərək mövcud korrupsiya təzahürünün qarşısının alınması istiqamətində müvafiq addımlar atılmasının zəruriliyini xatırladırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.