TƏHSİLDƏ RÜŞVƏTXORLUĞA AÇILAN YENİ YOL FOTO/VİDEO
24-09-2017, 20:19

Vaqif Mirzəliyev adına 281 saylı orta məktəb şagirdi İlahə Zərbalıyevanın valideyni Ruhəngiz Qasımova TEREF.İNFO saytına şikayət edərək bildirib ki, onun qızı fərqlənmə diplomu alacağı halda Məktəbin direktoru Gülşən Əliyeva bildirib ki, essedən 6 bal aldığına görə daha fərqlənmə diplomu almayacaq.
Fərqlənmə attestatı almaq üçün Nazirər Kabinetinin qərarına əsasən imtahanlardan 75%- dən yuxarı nəticə və essedən minimum 7 bal toplamalıdır. IX siniflərdə buraxılış imtahanını Dövlət İmtahan Mərkəzi keçirir. Yəni buna məktəbin qarışacağı yoxdur.
149 bal toplayan şagir bilmək istəyir ki, niyə onun haqqını kəsirlər. Onun 9 ildə çəkdiyi əziyyət və əla qiymətlər , biliyi bu esseyəmi bağlıdır? İlahə Zərbalıyevanın nəinki bütün atestatı 5-dir hətta atesstat o tərəfə bütün 9 illik rüblükləri də 5-dir. Valideyn xahiş edir ki, qızın yazdığı essedəki səhvi göstərsinlər.
İlahə Zərbalıyeva isə Həkim olmaq istəyir yazıçı yox. Esse yazmaq bu qədərmi vacibdir. Yoxsa təhsildə rüşvətxorluğun yeri yolları açılır?
Tahirə Ağasiyeva










