Elşən Rüstəmov Ağdam sakininə ayrılan pulu niyə ödəmir...? - Vətəndaş aidiyyatı qurumlardan kömək istəyir - VİDEO
29-09-2017, 10:44

Redaksiyamıza müraciət edən Ağdam rayon sakini düşmən sərhəddindən 600 metr aralıqda yaşayan Azərbaycan vətəndaşı aidiyyatı qurumlardan yardım istəyir. Dövlət tərəfindən "özünə məşğulluq" proqramı çərçivəsində aparılan lahiyənin iştirakçısı olduğundan ona və ailəsinə 4000 manat məbləğində yardım ayrılıb vətəndaşın iddiasına görə isə ona ayrılan yardım bir ildən çox olmasına baxmayaraq hələdə verilməyib.
Elşən Rüstəmov Ağdam sakininə ayrılan pulu niyə ödəmir...? - Vətəndaş aidiyyatı qurumlardan kömək istəyir - VİDEO
Bakunews.az-a ünvanlanan məktubu olduğu kimi sizlərə təqdim ediri:

"Mən Cəfərov Elmir Ələddin oğlu Ağdam rayon Evoğlu kənd sakiniyəm. Çox kasıb halda yaşayırıq. Ailə vəziyyətimiz çox acınacaqlıdır. Evimiz 1 otaqdan ibarətdir və az qalır ki, güclü külək olanda ev başımıza uça. Evin dam örtüyü yararsız vəziyyətdədir, döşəməsi torpaqdandır. Nə mən nə də ki, həyat yoldaşım heç bir yerdə işləmirik. 1 ildir ki, Ağdam Məşğulluq Xidməti vasitəsi ilə "özünə məşğulluq" proqramına qoşulmuşam. Bir çox məşğələlərdə iştirak etmişəm və imtahanlar vermişəm. Dövlət tərəfindən "özünə məşğulluq" proqramı ilə bizim ailəmizə 4000 manat vəsait ayrılıb ki, bizim ailəmizə sərf edilsin. Ancaq Ağdam Məşğulluq xidmətinin rəsisi Elşən Rüstəmov və onun Möhübbət adlı müavini həmin vəsaiti bizə verməyi yubadaraq bir ilə yaxındır başımıza Allahın müsübətini açırlar. Sizə göndərmiş olduğum video lentə baxanda görəcəksiz ki, biz hansı vəziyyətdə yaşayırıq. Bizim yaşadığımız evlə (ona ev demək olarsa) erməni postunun ara məsafəsi 600 metirdən də azdır. Çox xahiş edirəm aidiyyatı qurumlara göstəriş verəsiniz bu məsələni ətraflı araşdırsınlar və bizim kasıb, acından ölən ailə üzvülərimizə yardımçı olsunlar və haqqımızın bərpa olunmasına köməklik göstərsinlər."
[media=https://www.youtube.com/watch?v=wGRToJnVbdw]