Tarixçi alimdən "master klass": “Biz çarı yıxsaq da şüurumuzdakı müstəbidlərdən xilas ola bilmədik”

8-10-2017, 01:04           
Tarixçi alimdən "master klass": “Biz çarı yıxsaq da şüurumuzdakı müstəbidlərdən xilas ola bilmədik”
Bizim müstəqillik dövründən sonra yaranmış dərsliklərlə tanışlıqdan sonra vaxtilə məşhur rus ədiblərindən birinin (səhv eləmirəmsə Bulqakov) çar II Nikolay devrildikdən sonra yazdığını xatırlayıram : “Biz çarı yıxsaq da şüurumuzdakı müstəbidlərdən xilas ola bilmədik”.
Bəli,biz müstəqillik qazandıq.Lakin dərslik işində,xüsusilə də Tarix dərslikləri sahəsində təəssüf ki, hələ də müstəqil ola bilmədik! Keçən yüzilliyin 90-cı illərində yeni tarix dərslikləri yazılmasına başlanıldı. İlk əvvəllər bu iş titullu alimlərimizə həvalə olundu. Birinci mərhələdə müəlliflər, xüsusilə də Ümumdünya tarixini yazarkən SSRİ dövründə nəşr olunmuş köhnə orta məktəb kitablarına rus dilində ali məktəblər üçün nəzərdə tutulan əsərlərin yığcam formasını,bəziləri isə hətta universitetdə oxuduqları mühazirə mətnlərini orta məktəb uşaqlarına öyrətməyə çalışdılar. Bu faktlar yığnağını təbii ki, 11-15 yaşında olan uşaqlar “həzm” eliyə bilməzdilər. “Yenilik” isə rus dilində yazılmış, Türk xalqlarının tarixi ilə bağlı bayağı məlumatları təkrarlamaq oldu. Aşağı sinif dərsliklərində əvvəlki dərsliklərdən fərqli olaraq Azərbaycan ərazisində yaşayan tayfalar hər hansı bir inandırıcı fakt olmadan birbaşa doktrina şəklində türk “elan edildilər”. İbtidai icma quruluşu isə 11 yaşındakı uşaqlara “qəpiyinə qədər” xırdalanaraq “təqdim edildi”. Bir tərəfdən Azərbaycan ərazisində ilk şəhər mərkəzlərinin yaranması orta tunc dövrünə aparıldısa,eyni kitabda “Albaniyada ŞƏHƏRLƏRİN YARANMASINA ŞƏRAİTİN YARANMASI eradan əvvəl I minilliyin ortalarına” “doğru sürüşdürüldü”.
Və sözün əsl mənasında dərslik yazılmasının birinci pilləsində “köhnə paltara təzə yamaq vurulması” prosesi getdi.
2-ci mərhələdə faktlar çoxluğunun qısaldılmasına çalışıldı. Nəticədə Tarix elmi üçün əsas qayə olan səbəb-gediş-nəticə əlaqələri pozuldu. Tarix dəsrliklərinin 6-7-8-9-cu siniflər üçün ayrı, 10-11-ci siniflər üçün ayrı yazılması isə əsil tragikomediyaya çevrildi. Uşaqlara aşağıdakı siniflərdə öyrədilən faktlar, onlar 10-11-cu sinfə qədəm qoyanda “dəyişdi”. “Dərrakəli insan”ın yaranma tarixindən tutmuş, Teymurun sən demə “əmir “ yox,”sultan” titulu daşımasına qədər...
Və... NƏ QƏDƏR Kİ, AZƏRBAYCAN TARİXİNİN MİLLİ KONSEPSİYASI yaradılmayacaq, TARİXİ ŞƏXSİYYƏTLƏRƏ DƏYƏR ONLARIN AZƏRBAYCAN QARŞISINDA XİDMƏTLƏRİNƏ GÖRƏ VERİLMƏYƏCƏK, AZƏRBAYCANI BÜTÖVLƏŞDİRƏN YOX, ONU PARÇALAYAN SEPERATÇILAR PİSLƏNİLMƏYƏCƏK, AZƏRBAYCAN ƏRAZİSİNDƏ QURULMUŞ DÖVLƏTLƏR SÜLALƏLƏR ADI İLƏ TANITDIRILACAQ, AZƏRBAYCANIN BÜTÖV VƏ BÖYÜK OLDUĞU DÖVRLƏRƏ XƏSİSLİKLƏ BİR-İKİ PARAQRAF, BƏDNAM XANLIQLAR DÖVRÜNƏ İSƏ O SEPERATÇI QURUMLARIN HƏR BİRİNƏ AYRICA PARAQRAF “HƏSR OLUNACAQ” bundan sonra da yazılacaq kitablar, köhnə paltara təzə yamaq vurmaqdan başqa bir şey olmayacaq! BU YAXINLARDA “QARABAĞ TARİXİ” YAZMAQLA İSƏ LAP...
AZƏRBAYCAN TARİXİNİN KONSEPSİYASI AZƏRBAYCANIN DOMİNANT ETNOSU OLAN TÜRKLƏRİN TARİXİ ÜZƏRİNDƏ QURULMALIDIR,CƏNABLAR!
Erkən orta əsrlər tariximiz Sasanilərin yox, Azərbaycandakı Türk tayfalarının (hunların,bulqarların, barsillərin, kəngərlərin, ağaçərilərin (qacarların),savirlərin, xəzərlərin) tarixi ilə başlamalı və Azərbaycana onların hökm etdikləri uşaqlara çatdırılmalıdır! Qafqaz uğrunda Sasanilərlə Bizans yox, Türklərlə Sasanilər və Bizans arasında savaş getdiyi yazılmalıdır!
Və nəhayət son günlər orta məktəblərin rus bölməsi üçün 10-cu sinif dərsliyi ilə bağlı...Orada yerləşdirilən xəritənin birində Армения yazılması, azərbaycan bölməsində isə həmin ərazinin boş verilməsi həqiqətən təəccüb doğurur. Müəlliflərin heç biri təbii ki, o dövr mütəxəssisi deyillər.Xəritəni isə internet resurslarından götürüblər. Dəfələrlə qeyd eləmişik : ARMENİYA VƏ HAYASTAN sözləri bir birinə ekvivalent deyil! Bu günkü Bolqarıstan adını türk tayfasının adından, bu günkü Fransa (keçmiş Qalliya) adını alman tayfasının adından götürsə də nə indiki Bolqarıstan türk, nə də ki Fransa alman dövləti olmadığı kimi Armeniya da bu günkü Hayastan deyil. Kitab müəlliflərinin də,onların opponentlərinin də bir-birlərini təhqir etməkləri isə lap dözülməzdir !!! Tarixçilərimiz bir-birlərini “gözəl” epitetlərlə bəzəməkdən “həzz alırlar”(((. AYIBDIR!
ELM BİTƏN YERDƏ MƏRİFƏT DƏ BİTİR VƏ SÖYÜŞ – TƏHQİR BAŞLAYIR! !!!
BÜTÜN BU PROBLEMLƏRİN BİRCƏ HƏLL YOLU VAR – TARİX DƏRSLİKLƏRİNİN YAZILMASI ÜÇÜN MİLLİ KONSEPSİYA HAZIRLANMALIDIR !!!
Kərəm Hətəmoğlu Məmmədli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.