Korrupsioner rektor Akif Süleymanov Elmar Vəliyevə qarşı arzuolunmaz ifadələr verə bilər

31-07-2015, 11:54           
Korrupsioner rektor Akif Süleymanov Elmar Vəliyevə qarşı arzuolunmaz ifadələr verə bilər
Gəncə Texnologiya Universitetinin rektoru Akif Süleymanov yaxın günlərdə həbs oluna bilər. Qeyd edək ki, bir neçə gün əvvə mətduatda yayılan məlumatlarda Akif Süleymanovun ölkədən qaçdığı bildirilirdi. Lakin sonradan xəbər təkzib olundu.

İstiqlal.az-a daxil oaln məlumatda isə deyilir ki, Gəncə Texnologiya Universitetində aparılan maliyyə yoxlamalrı zamanı aşkar olunan korrupsiya faktları üzrə Baş Prokuroluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Akif Süleymanovun ölkədən çıxışına qadağa qoyulub.

Bildirilir ki, artıq istintaq yekunlaşmaq üzrədir və korrupsiya əməliyyatlarında Akif Süleymanovun bilavasitə iştirakı sübuta yetirilib. Məlumata görə rektorun həbsi üçün "yuxarıların" qərarı gözlənilir. Akif Süleymanovun həbsi üçün yüksək səviyyədə qərarın verilməsini gözləmək zərurəti isə onun Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən himayə olunması ilə bağlıdır.

Məlumat üçün deyək ki, Elmar Vəliyev prezindetin şəxsi mühafizə xidmətinin rəhbəri,general-polkovnik Bəylər Əyyubovun patronajlığı altında fəaliyyət göstərir. Bu isə Akif Süleymanovun da dolayısı ilə generala yaxın şəxs olması deməkdir. Akif Süleymanovun dərhal həbs olunmaması da bu amillə bağlıdır. Yeri gəlmişkən, prezident İlham Əliyevin Gəncə səfərlərində Elmar Vəliyev Akif Süleymanovu şəhərin 3-4 tanınmış ziyalısından biri kimi təqdim edib.

Məlumatda bildirilir ki, Akif Süleymanovla bağlı baş verənlər Elmar Vəliyevin də narahatlığına səbəb olub. İcra başçısı rektorun onun barəsində də arzuolunmaz ifadələr verə biləcəyindən ehtiyatlanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.