170 saylı məktəbin direktoru müəllimlərin pullarıyla istirahətə gedib? - İDDİA

31-07-2015, 13:05           
170 saylı məktəbin direktoru müəllimlərin pullarıyla istirahətə gedib? - İDDİA
Nuranə Mirzəyeva işçilərin məzuniyyət ödənişlərini sentyabrda verəcəyini vəd edib

Bakıda fəaliyyət göstərən 170 saylı orta məktəbin direktoru Nuranə Mirzəyevadan şikayət var. JAM.AZ-a məlumat verən müəllimlərin dediyinə görə, yay aylarında çıxdıqları məzuniyyət pullarını ala bilməyiblər.

Onların iddiasına görə, pullarını ala bilməmələrinə səbəb direktorun məzuniyyət ödənişlərini özünə götürərək, istirahətə getməsidir. Müəllimlərin dediyinə görə, onlara həmin pullarının dərslər başlayanda veriləcəyi vəd olunub. Amma maaşa baxan təhsil işçiləri yay aylarında nə edəcəklərini bilmirlər. Onlar evlərinə belə ərzaqı nisyə aldıqlarını deyirlər.

Xatırladaq ki, 170 saylı orta məktəbin direktoru Nuranə Mirzəyevanın atası İdris Mirzəyev uzun müddət Təhsil Nazirliyində Aparat rəhbəri işləyib. Elə onun karyerasının yüksəlməsində də atasının böyük rolu olduğu deyilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru