Xanım hüquq müdafiəçisi"Bakcell” prezidentinə müraciət etdi - Şirkətin yarıtmaz işinə görə mənə maddi və mənəvi ziyan dəyib!

1-08-2015, 12:12           
Xanım hüquq müdafiəçisi"Bakcell” prezidentinə müraciət etdi - Şirkətin yarıtmaz işinə görə mənə maddi və mənəvi ziyan dəyib!
Tanınmış xanım hüquq müdafiəçisi " Bakçell"-in yaratmaz işindən maddi və mənəvi ziyan çəkdiyini iddia edərək şirkətin icraçı direktoruna müraciət edib.
teref.az olaraq sizə bu müraciəti təqdim edirik.
“Bakcell” şirkətin icraçı direktoru
cənab Riçard Şirerə

Hörmətli cənab Riçard Şirer,

“Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyinin fəaliyyəti ilə əlaqədar olaraq “------“ nömrəsinə əsaslanaraq 2014-cü ilin oktyabr ayında “Asan Xidmət”dən “Elektron imza üçün Sertifikat” almışam, bütün tələb olunan ödənişləri vaxtında yerinə yetirmişəm. “Bakcell”in balansına həm ilkin olaraq, həm də 25.02.2015-ci il tarixində ödənişlər etmişəm. Ödədiyim məbləqlərin müqabilində bu günə kimi nə “Bakcell”in, nə də “Asan imza”nın heç bir xidmətindən istifadə etməmişəm. Növbəti və ya aylıq ödənişlər barədə mənə heç bir məlumat verilməyib.
28.07.2015-ci il tarixində “------“ nömrəsinə 5 AZN-lik məbləq yükləmək mümkün olmadı, operatorlarınız bildirdilər ki, nömrəniz bağlanıb, müştəri xidmətinə müraciət edin. 29.07.2015-ci il tarixində həm “Neftçilər” həm də “Əhmədli” müştəri xidmətlərində oldum. “Neftçilər”dəki adını bilmədiyim xanım əməkdaşınıza, “Əhmədli” müştəri xidmətində isə Oleq müəllimə, Rauf Dadaşova, Validə Abbasovaya, Şəbnəm xanıma göstərdikləri xidmətə görə təşəkkür edirəm. Əməkdaşlarınız mənə bildirdilər ki, nömrəmin bərpa olunması üçün yenidən 22 AZN ödəniş etməliyəm.
Mən bu qərəzli, istehlakçı hüquqlarını kobud çəkildə pozan tələbə qarşı qəti etirazımı bildirirəm və yenidən hər hansı bir ödəniş etməkdən imtina edirəm. Nömrəmin bağlanması və ya balansda məbləğin bitməsi barədə mənim heç bir nömrəmə məlumat gəlməyib. Məlumat üçün bildirim ki, digər “------“ telefon nömrəsi də mənə məxsusdur və bu nömrə ölkədə MND xidməti açılandan “Bakcell”ə daşınıb. Halbuki mənə “Bakcell”-dən mütəmadi olaraq abunə olmadığım, tanımadığım, lazımsız, əsəbləşdirici mesajlar gəlir. Bunların çoxu səviyyəsiz mahnılar, lətifələr, yersiz reklamlarla bağlıdır. Bununla bağlı sizin şirkətin 0124988989 telefonu vasitəsilə dəfələrlə narazılığımı və qəti etirazımı bildirmişəm. Amma heç bir təsiri olmayan şikayətə əhəmiyyət verilmədiyindən, bu günə kimi də “Bakcell”-in mənim əsəblərimi korlayan, özünə isə pul qazandıran mesajlarının mənəvi terroruna məruz qalmışam. Mən hətta bu özbaşınalığa etirazımla əlaqədar Milli Məclisdə məsələ qaldırılmasını da xahiş etmişəm. “Bakcell” özünə sərf edən və gəlir gətirən sms-ləri ilə biz abonentlərin günboyu zəhləsini töküb, sinir gərginliyi yarada bilir, amma abonentə nömrəsinin bağlanma təhlükəsi ilə bağlı kiçik bir xatırlatma etməyi şəninə sığışdırmır. Heç olmasa II ödəniş etdiyim zaman mənə bir xəbərdarlıq olunmalı idi. Qəribə tendensiyadır, “Bakcell” bağlanmış hesab etdiyi nömrəyə yüklənmiş pul məbləğini alıb mənimsəməyi bacarır, abonentə bir informasiya vermək vəzifəsi olduğunu isə vecinə almır.
Bütün həyatı boyu vətəndaşı olduğu ölkənin qanunlarına, dovlətçiliyinə, xalqına şərəflə xidmət etmiş ictimai xadiməm. “Bakcell”in bu ədalətsiz qərarına qəti etirazımı bildirirəm. Öz biznes maraqlarını və gəlirlərini bizim kimi təqsirsiz və günahsız abonentərin pulları hesabına artırmaq istəyən “Bakcell” əməkdaşları “palatka mahnıları” əvəzinə mənə bircə dəfə xatırlatma kimi kiçik mesaj göndərməli idi. Mən şəxsən özüm sms göndərənlərə zəng edib, bu biyabırçılığın haradan qaynaqlandığını və səbəbini soruşduqda bildiriblər ki, “Bakcell”lə əməkdaşlığımız var və nömrələri onlar bizə verirlər. Mənə dəymiş maddi və mənəvi ziyana görə də “Bakcell” cavabdehlik daşıyır. Dünən - 28.07.2015-ci il tarixində xarici ölkəyə çox vacib səfərimi bu problemə görə təxirə salmalı oldum, təyyarə biletınə görə ödədiyim məbləği itirməli oldum, təşkilatımız Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihənin hesabatını hələ də verə bilmir, bu da müqavilə şərtlərinin pozulmasına zəmin yaradıb. Bütün bunlarla əlaqədar keçirdiyim sarsıntıdan səhhətimdə ciddi problemlər yaranıb.
Xanım Əhmədzadə












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.