Bakıda kafedə kütləvi dava: həbslər var

2-08-2015, 13:59           
Bakıda kafedə kütləvi dava: həbslər var
Axar.az-a verilən məlumata görə, hadisə avqustun 1-i axşam saatlarında baş verib. Şəhərin 4-cü mikrorayon ərazisində olan kafedə mübahisə əlbəyaxa dava ilə nəticələnib. Xəsarət alanların olduğu bildirilir. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək tərəfləri sakitləşdiriblər, saxlananlar var. Xəbəri Nəsimi RPİ-nin 19-cu polis bölməsindən təsdiqlədilər. Hadisə yerində olmuş təhqiqatçı Rəşad İmanov isə bu mövzuda danışmaq istəməyərək məlumatsız olduğunu dedi. Qeyd edək ki, son aylar şadlıq saraylarında, restoranlarda kütləvi davalar tendensiya halını alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru