İmişlidə gecə yarısı yaşıl soyqırım – Vilyam Hacıyevin işçiləri qanunlara məhəl qoymur

2-08-2015, 21:34           
İmişlidə gecə yarısı yaşıl soyqırım – Vilyam Hacıyevin işçiləri qanunlara məhəl qoymur
Bu dəqiqələrdə İmişli şəhərində Heydər Əliyev prospektində, rayon prokurorluğunun qarşısındakı ağaclar kəsilir.



Avropa.info-nun hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ağacları icra hakimiyyətinin fəhlələri kəsir.

Müxbirimizin “ağacları niyə kəsirsiniz” sualına , ərazidə olan icra hakimiyyətinin əməkdaşları “get işinlə məşğul ol, əcəb edirik, prezident deyib ” cavabını veriblər. Bundan sonra isə əməkdaşımıza çəkiliş aparması üçün maneəçilik törədilsə də, müxbirimiz “yaşıl soyqırım”dan bəzi kadrları çəkə bilib.


Qeyd edək ki. ölkə başçısı İlham Əliyev məmurların ağacları kəsməsi faktlarına qarşı dəfələrlə kəskin iradını ortaya qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.