Gəncədə balkon və qaraj qadağası

3-08-2015, 20:16           
Gəncədə balkon və qaraj qadağası
İcra Hakimiyyəti binaların balkonlarını və həyətdəki qarajları sökdürür, boş yerlər isə satışa çıxarılıb

Gəncə İcra Hakimiyyətinin göstərişi əsasında şəhərdəki bütün binaların balkonları və həyətlərdə yerləşən qarajlar sökülür. JAM.AZ-ın əldə etdiyi məlumata görə, bu zaman qanuni sənədlərə belə baxılmır.

Əhalinin etdiyi narazılığa baxmayaraq, həyata keçirilən prosesi durdurmaq mümkün deyil. Və işin ilginc tərəflərindən biri də odur ki, sökülən qarajların yeri artıq satışa da çıxarılıb. JAM.AZ-a verilən məlumata görə, Gəncə İcra Hakimiyyətinin məsul işçiləri artıq sökülmüş qarajların yerini 3000 manata yerli sakinlərə təklif edirlər. Tikinti işlərinin isə bir ay sonra həyata keçiriləcəyi deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.