Ölkəmizə edilən yardımlar necə satılır?-Gizli çəkiliş+VİDEOFAKT

8-11-2017, 20:05           

BakuPress.Az saytının lentə aldığı “Eurovision-2012” mahnı yarışmasını izləmək üçün Bakıya gələn 666 alman turist özləri ilə sürüb gətirdikləri 500-ə yaxın avtomobili azərbaycanlı qaçqın və məcburi köçkünlərə bağışlayaraq təyyarə ilə geri qayıtmışdılar.
Alman turistlərin azərbaycanlı məcburi köçkünlərə hədiyyə üçün verdikləri avtomobillər Şuşa şəhər icra başçısı Bayram Səfərov tərəfindən əl altdan necə satıldığını təsdiq edən sövdələşmə videosu ölkə mətbuatında xüsusi yer aldı.
Bunula ələqadar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq komitənin mətbuat xidmətindən bizə bildirdilər ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi maşınlardan xəbərsiz olduğunu və onlara heç bir aidiyyəti yoxdur.

Onuda qeyd edək ki,biz materialı araşdırarkən Şuşa şəhər icra hakimiyyətinə müraciət etmişdik,ötən sayımızda bu haqda yazmışıq hətta videoda maşınların necə satıldığı aydın görünür.Şuşa Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva video haqqında eşitdikdə bizə dedi ki,Bayram müəllim indi tədbirdədir amma sizinlə mütləq əlaqə saxlayacaq. Amma Bayram müəllim artıq 1 həftədir susur. Hətta Vüsalə xanım Musavat.com-a açıqlamasında qeyd edib ki,bu qərəzli videodur və bəzi jurnalistlər araşdırmadan qərəzli video yayır. Ay Vüsalə xanım qərəzli biz yox siz danışırsınız.
Sayt ilk növbədə sizinlə əlaqə saxlayıb açıqlamanızı verib və videomaterialda maşınlar necə satıldığı təsdiq olunması barədə sizə məlumat verdi lakin siz susdunuz və Bayram müəllim sizinlə əlaqə saxlayacaq dediniz. Qərəzli biz deyil sizsiniz məcburi köçkünün hədiyyəsinə göz dikirsiniz. Bir sözlə dəyirman öz bildiyini edir çax çax baş ağrıdır.

Biz görmüşük ki,hansısa məmurun qara işlərinin üstü açılanda yalandanda olsa deyir mənim xəbərim yoxdur,mütləq bu işdə əməlləri olan cəzasını alacaq. Bayram Səfərov isə heç zənglərimizə cavab vermir.Yadınıza salım ki,Ulu Öndər Heydər Əliyev deyirdi:”Mən qapımdan çıxanda jurnalist mənə yaxınlaşıb sual verirsə mən onların sualını cavablandırıramsa məmur niyə jurnalistlərin sualına cavab verməsin bu onların borcudur” Biz hələdə kasıbın,qaçqının malını satıb cibini dolduran icra başçısının cavabını gözləyirik…
Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən beş il ötür. Bu tədbir hər halda uzun illər xatırlanacaq. İlk dəfə idi bu müsabiqəyə ev sahibliyi edən Azərbaycan həmin günlər dünyanın diqqətini özünə cəlb etməyi bacarmışdı.
Amma möhtəşəmliyi ilə yadda qalan “Eurovision-2012” müsabiqəsinin hələ də hər kəs üçün qaranlıq qalan başqa bir tərəfi də var. Bu da yarışmaya gələn alman turistlərin azərbaycanlı qaçqınlara hədiyyə olaraq gətirdiyi maşınlardır…
Belə ki, “Eurovision-2012” mahnı yarışmasını izləmək üçün Bakıya gələn 666 alman turist özləri ilə sürüb gətirdikləri 500-ə yaxın avtomobili azərbaycanlı qaçqın və məcburi köçkünlərə bağışlayaraq təyyarə ilə geri qayıtmışdılar.Alman turistlərin azərbaycanlı məcburi köçkünlərə hədiyyə üçün verdikləri avtomobillər Şuşa rayon icra başçısı Bayram Səfərov tərəfindən əl altdan satılır.. Araşdımalar zamanı məlum olub ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri B.Səfərov biçarə qaçqınların hədiyyəsinədə göz dikib. Bunuda bəhanə gətirirlər ki,guya maşınların sənədləri olmadığı üçün heç bir məcburi köçkünə verilə bilməyib.Videodan amma görürnür ki,Səfərovun əlaltıları 300 manata sənəd işini həll edib,bu maşınları necə satır.Qeyd edək ki, 500-ə yaxın maşının taleyinin necə olacağı, daha doğrusu, sonda kimin cibini “oxşayacağı” BakuPress.Az saytının əməkdaşları aşkar etdilər.Ötən sayımızda verdiyimiz yazıdan göründüyü kimi adı çəkilən insanlar hələdə verdiyimiz suallara cavab tapa bilmir və bizdən qaçırlar.Bir daha deyim ki,aidiyyəti orqanlar bu məsələni ciddi araşdırmalıdır biz Agentlik olaraq bu məsələdə xalqın malını yeyənlərin qanuni cəzasını tələb edirik.Bayram Səfərov bilməliydi ki,bu beş ildə maşınları 500 məcburi köçkün ailəsinə verilsəydi neçə ailə dolanacaqdı.Amma Səfərov əfsuslar olsun ki,köçkünün deyil öz cibinin hayındadır.B.Səfərov unutmamalıdır ki,prezident onu vəzifəyə köçkünün hədiyyəsini yeməyə yox,xalqın problemini həll etməyə təyin edib.Qısası yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır.
Videomateralı sizə təqdim edirik.
Mənbə.Bakupress













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.