“LİON” Restoran yoxsa ƏXLAQSIZLIQ YUVASI...?
5-08-2015, 22:36
Restoran kimi fəaliyyətdə olan bu obyektin hansı dövlətin güc strukturları idarə edir?
Xətai rayonunda "Lion" adı altında əxalasızlıq yuvasına kimlər havadarlıq edir? Rayon ərazisində pritonların, restoran kafe adı altında sözün əsl mənasında faişəxanaların fəaliyyət göstərməsi ilə bağlı söz-söhbətlər səngimək bilmir. Redaksiyamıza daxil olan lent yazısı və şikayət məktubundan ortaya qoyulan faktların düzgünyü üçün araşdırma apardığımız zaman məlum oldu ki, Xətai rayonu Nobel prospekti (keçmiş Fəhlə prospekti)mərkəzə doğru ilərləyən maqistral yolun sağ istiqamətində Əzizağa Kərimov küçəsində yaşayış ərazisinin içərisində “LİON” adlı restoranı demək olar ki, sözün əsil mənasında faişəxana fəaliyyət göstərir.
teref.az sonolay.orqa istinadən yazır ki,biz həmin ünvanda gecə saat 2 -3 radələrində olduq. Düzü gözlərimizə inanmadıq. Bakı şəhərinin mərkəzində belə bir biabırçılığın milli dəyərlərimizə zidd olan hərəkətlərin baş verməsinə, hüquq-mühafizə orqanlarının susması doğurdan da inanılmazdır. Dövlətin güc struqturları bundan xəbərsiz olmaları artıq mümkün olmayan faktlardan biridir. Çünki bu LİON adı altında fəaliyyətdə olan əxlaqsızlıq yuvası 10 ildən artıqdır ki fəliyyət göstərir və bunun qarşısın alan yoxdur.
Etibarlı mənbə bildirir ki, burda istismar olunan qadınların 30 AZN qiymət qoyaraq restoranın içində yaradılmış kabinetlərdə görüş təyin edilərək müştəriyə quluq edir və bununla bağlı hecbir orqan bunlara gözün üstə qaşın var demir. Bu 30 azn 15 azn xidmət haqqı olaraq qadına 15 azn isə “LİON” rəhbərliyinə çatır. Hətta dəfələrlə burda qan su yerinə axsada polis buna müdaxilə etməyib. Mənbə bildirir ki obyekt rehbəri heçbir kəsdən qorxusu olmadığını açıq aşkar sakinlərədə bildirib.
Aldığımız məlumata görə həmin obyektin sahibi Bəxtiyar və Şəfiqə adlı şəxslərdir. Bununla bağlı Bəxtiyar bəylə əlaqə saxlamaq istəsəkdə Bextiyar bəyin xaricdə səfərdə olduğunu bildirən Şəfiqə xanım etiraf etdiki hal-hazırda “LİON” adlı Əxlaqsızlıq yuvasını məhs onun idarəsi altındadır. Şikayətlərlə bağlı müraciət etmdiyimizi desəkdə o isə cavabında bu onillik işləyən obyektir bunu bilməyəndə yoxdur deyə sualımızı cavablandırdı bildirdiki Xətai rayonunda buranın hansı tərzdə işləmədiyini bilməyən yoxdur
Redaksiya olaraq bildirmək istəyirik ki, qeyd edilən pritonların fəaliyyəti araşdırılmalı və lazımı tədbirlər görülməli milli dəyərlərimizi tapdaq altında qoyan şəxslər cəzalandırılmalıdır. Və inanırıq ki, Daxili İşlər Nazirliyi və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi qəzetiomizdə yayımlanan tənqidi məqaləyə reaksiya veriləcək.