Beyləqanda su satan məmur kimdir? – ŞİKAYƏT

6-08-2015, 10:38           
Beyləqanda su satan məmur kimdir? – ŞİKAYƏT
Beyləqanda əhali pay torpaqlarını suvara bilmir. Belə ki, Beyləqan Rayonun Suvarma Sistemləri İdarəsində su cuvarı vəzifəsində işləyən Məhəmməd Əliyev suvarma suyunu fermer təsərrüfatlarının sahiblərinə satır.

TİA.AZ-ın məlumatına görə, 50 hektar torpaq sahəsi olan fermer ona bir baş qoyun verir və bunun qarşılığında sahəsini suvarmaq üçün həmin fermerə 10 gün müddətində su verilir.
100 hektar torpaq sahəsi olan başqa bir fermer iki baş qoyun verir, qarşılığında 10 gün su onun sahəsinə axıdılır. Buna görə də 1-2 və ya 3 hektar torpaq sahəsi olan yüzlərlə insan öz torpaq sahələrini vaxtı-vaxtında suvara bilmir. Belə olan halda torpaq nəinki məhsul vermir, əksinə partlaq-partlaq olur və yararsız vəziyyətə düşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru