"Makro Market" vergidən yayınır
6-08-2015, 11:38
Son zamanlar iri marketlərlə bağlı problemlər durmadan artır. Bu dəfə Nərimanov rayonu ərazisində yerləşən "Makro Market" marketlər şəbəkəsindən narazılıq var.
TİA.AZ xəbər verir ki, "Makro Market" marketlər şəbəkəsi vergidən yayınır. Marketə gələn müştərilərə kassa nəzarət aparatından çıxmış qəbzlər verilmir. Satıcılar, eləcə də kassirlər alıcılara qarşı münasibətdə kobudluğa yol verirlər. Satılan məhsullar daim keyfiyyətsiz çıxır.
Müştərilər də narazılığını bildirəndə satıcı və kassirlərin kobudluğuyla rastlaşırlar.
Gundelik-baku.com yazıb ki, "Makromart"da satılan məhsulların demək olar ki, 90 faizi vaxtı ötmüş məhsullardır. Hətta bu cür məhsullardan zəhərlənənlər də olub. Lakin rəhbərlik bununla bağlı tədbir görmür və görmək də istəmir.
Hətta marketdə elə şöbələr var ki, antisanitariya hökm sürür. Ət və ət məhsulları şöbəsinin yanından keçmək mümkün deyil. Üfunətli iyin təsirindən adam özünə gələ bilmir.
Bu, qanunla standartlara ziddir. Yəni insanlara vaxtı keçmiş, ağır metallarla zənginləşmiş spirtli içkilər təhrif olunur.