Sabirabadda işıq probleminin olduğu təsdiqini tapdı - “Xətlər dözmür, qırılır tökülür."

6-08-2015, 11:48           
Sabirabadda işıq probleminin olduğu təsdiqini tapdı - “Xətlər dözmür, qırılır tökülür."
Sabirabad sakinləri DİA.AZ-a şikayətçi düşüblər. Onların narazılığı yerli işıq idarəsindən “Azərişıq”ın Sabirabaddakı rəhbər-nümayəndəsi Yunusov Məqatildəndir.

Müraciət edən Sabirabad sakinləri bildirir ki, son iki gün ərzində rayonda ciddi işıq problemi yaranıb.
Sakinlər deyir: “Nə evlərimizi sərinlədə bilirik, nə ərzağımızı sərində saxlaya bilirik. İki gündən bir işıqlarımız kəsilir, fasilələrlə verilir”.

Sakinlər bildirir ki, bununla bağlı yerli işıq idarəsinin müdiri Məqatil Yunusova müraciət etmələrinə isə peşman olurlar: “Sanki böyük bir işin sahibi kimi qarşısına çıxanı hədələyir, kimsədən çəkinmədiyini açıq şəkildə bəyan edir”.

Şikayətçi düşən sakinlər bildirir ki: “Azərişıq”ın rəisi elə bil bunu bilərəkdən edir. Sanki məqsədli şəkildə narazılıq yaradırlar. Bizi bu istidə işıqla sınağa çəkənlər hansısa məsuliyyəti dərk edirlərmi?”

Biz də Qafqaz Xəbər Agentliyi olaraq bu məsələni araşdırmaq üçün Sabirabad rayonunda bir sıra vətəndaşlarla sorğu kecirdik. İsrafil Mahmudov adlı vətəndaş qeyd etdi ki “bəli, tez -tez sönür”

Elman adlı vətəndaş da işıqların tez-tez söndüyünü bildirdi . Müxbirimiz “bunu nə ilə əlaqələndirirlər” deyə soruşduqda isə “Nə bilim, Məqatil var ha ,o söndürür də ” ,-deyə vətəndaş qeyd etdi.

“Azərişıq”-ın Sabirabad rayon şöbəsi ilə əlaqə saxlayaraq idarənin rəisi Yunusov Məqatil ilə danışmaq istədik. Ancaq, telefonumuza İdarənin Sevda adlı əməkdaşı cavab verdi və qeyd etdi ki, “Məqatil müəllim yerində yoxdur, ərazidərdir”.

Müxbirimizin “Rayonda işıqlar niyə tez -tez sönür” sualına isə “Xətlər dözmür, qırılır tökülür. Ona görə işıqlar da sönür. Qəza nəticəsində elektrik xəttində açılmalar baş verir, sonra briqada tərəfindən təmir edilir”,- deyə “Azərişıq”-ın əməkdaşı cavab verdi.

Biz “Azərişıq”ın mətbuat xidməti ilə əlaqə saxlamaya çalışdıq. Telefonumuza cavab verən mətbuat xidmətinin xanım əməkdaşı bizə başqa bir nömrə verərək o nömrəylə əlaqə saxlamağımızı istədi.

Bizə verilən nömrə ilə əlaqə saxladıq, ancaq “belə bir nömrə mövcud deyil” cavabını aldıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.