"Azimport" şirkətindən prezidentə şikayət etdilər - Mənzillərimizi məhv ediblər

7-08-2015, 11:47           
"Azimport" şirkətindən prezidentə şikayət etdilər - Mənzillərimizi məhv ediblər
teref.aznun poçtuna Neftçilər prospekti 131 də yaşayan sakinlərin şikayəti daxil olub. "Azimport" şirkətindən prezidentə, Heydər Əliyev fondunun sədrinə, SOKAR-ın prezidentinə müraciət edən sakinlər bu şirkətin onların dam örtüyünü dağıtdığını və buna görə evlərini yağış suları basaraq bütün təmirlərini məhv etdiyini iddia edirlər. Onlar "Azimport" şirkətindən onların dam örtüyünü bərpa etməyə və onlara dəyən ziyanı ödəməyi tələb edirlər. Prezidentə müraciəti sizə təqdim edirik!
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Azərbaycan Respublikası Heydər Əliyev
fondunun sədri xanım Mehriban Əliyevaya
Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayeva
ƏRİZƏ
Hörmətli cənab Prezident, Hörmətli xanım Mehriban Əliyeva, Hörmətli cənab Rövnəq Abdullayev nəzərinizə çatdırırıq ki, biz Bakı şəhəri Səbail rayonu , Neftçilər prospekti 131 saylı binanın sakinləriyik. Keçən ilin yay aylarından
“Azimport” şirkəti tərəfindən binanın aqlay üzlüyü vurulmuşdur. Binaya aqlay üzlük vurularkən binanın dam örtüyü fəhlə və ustaların günahından dağıdılmışdır. “Azimport” şirkətinin fəhlə və ustalarının iş zamanı cardağımızdan istifadə etməsi nəticəsində cardağ dağılmış və evlərimizə küllü miqdarda su dolaraq ev sahiblərinə böyük ziyan vurmuşdur. Binanın 3, 4 və 5 – ci mərtəbəsindəki mənzillər dəhşətli vəziyyətdədirlər. Bu ilin iyun, iyul aylarında binanın cardağının yenilənməsi barədə şirkət tərəfindən bizə söz verilsədə, bu günə qədər heç bir iş görülməmişdir. Dəfələrlə “Azimport” şirkətinin vəzifəli şəxslərinə şikayət etsəkdə bu heç bir nəticə verməmişdir. Möhtərəm cənab Prezident qarşıda yenə yağışlı və qarlı payız və qış ayları gəlir və yenə mənzillərimizə sular dolacaq.
Cənab Prezident şirkətin binada gördüyü işlər zamanı çardağı dağıtdıqları üçün bizim mənzillərin hamısı bərbad vəziyyətə düşmüşdür. Etdiyimiz təmirlər məhv olub getmişdir.
Bununla əlaqədər Hörmətli Cənab Prezident, Hörmətli Mehriban xanım Sizdən xahiş edirik ki, binamızın dam örtüyünün payız və qış ayları gəlməmiş təmir edilməsi və suların evimizə dolması nəticəsində bizə dəyən maddi ziyanın ödənilməsinin təmin edilməsi barədə göstəriş verəsiniz!
Hörmətlə
Bakı şəhəri, Səbail rayonu, Neftçilr
prospekti 131 saylı binanın sakinləri
Yeri gəlmişkən qeyd edək ki, bir qədər əvvəl eyni ünvandan Lalə Muradovadan da eyni məzmunda şikayət gəlmişdi. Lalə xanım həmdə mənzilinin "Azimport"un
başdansovdu işinin nəticəsində nə günə düşdüyünü göstərən fotolarıda bizə göndəribdir. Lalə xanımın dediyinə görə o şirkətin məsul şəxsləri ilə söhbət edərkəön, onlar bütün məsuliyyəti SOKAR .irkətinin üstünə atdılar. Lakin Lalə xanımı haqlıə bir sual düşündürür , görəsən qarşıdan gələn payıa v qız aylarında o nbə edəcək?? teref.az olaraq mənzilin şəkillərini sizə təqdim edirik.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.