Bakının da kazinolar kralı varmış - "Qara Vəzir"-ə kimlər qumara "dobro" verib
7-08-2015, 23:10
Azərbaycanda qumar oyunları qadağan olunub, amma bu o demək deyil ki bu oyunlara maraq yoxdur. Bu maraq özünü kompüter şəbəkə oyunlarında (onlayn kazino) və gizli idman totalizatorlarında tapır. Sonuncunun populyar olması dövləti idman mərclərinin leqallaşdırılmasına gətirib çıxardı. Ancaq bu kommersiya fəaliyyəti dövlət nəzarəti altında olmalıdır.
Əgər mətbuat orqanı əməkdaşları gizli kazino barədə bilirlərsə, deməli polis də məlumatlıdır, daha doğrusu məlumatlı olmağa borcludur. Bəs nə üçün polis əməkdaşları buna göz yumur..? Əgər polisin sadə vətəndaşdan bir addım öndə olduğunu deyiriksə, bu halda belə bir kazinonun fəaliyyət göstərməsindən xəbərsiz olduqlarını düşünmək sadəlövhlük olardı. Bu baxımdan görünür ki, bəlli ünvanlarda fəaliyyət göstərən kazinoxana kimlərinsə himayəsində olub və bu yolla qanusuz gəlir əldə edilir..
Əməkdaşlarımıza verilən məlumata əsasən "Nizami" metrostansiyası qarşısında Cəfər Cabbbarlı 4 ünvanında fəaliyyət göstərən qumarxana axşam saatlarında fəalliyyətini xüsusi müştərilər vasitəsilə dahada rəngarəng edir. Kazinoya rəhbərlik edən şəhərin müxtəlif yerlərində, xüsusən Sahil metrosunun yaxınlığında, Xətai rayonunda kazinolar kralı kimi tanınan "Qara Vəzir" və onun oğlu Tofiq adlı şəxslərdir. "Qara Vəzir" ləqəbi olan şəxs bu əməllərinə gorə həbs olunub, həbs müdətinin yenicə bitməsinə baxmayaraq kazino işlətmək fəaliyyətini davam etdirir. Çox maraqlıdır, bu şəxs kimlərə arxayın olub gününün günorta vaxtı şəhərin mərkəzi yerlərində kazinolar işlədərək qeyri - qanunu fəaliyyət göstərir? Deyilənlərə görə Vəzir nəzarət edən oraqanlara aylıq haqq verir. Bəzi iddialara görə, ayda 1 milyon manata yaxın bu qanunsuz fəaliyyətindən pul qazanır.
Məsələylə bağlı geniş araşdırma aparacağıq. Hüquq müafizə orqanlarının münasibətini öyrənməyə çalışacağıq.
"Qara Vəzir"inin "zurnalist" dostları da az deyil, "reket" fəaliyyətilə məşğul olan bəzi dırnaqarası jurnalistlər Qara Vəzirə aylıq "task" qoyaraq onu mətbuatın qınağından hifz edəcəklərilə aldadırlar. Artıq bu zurnalistlərin adları bizə məlumdur, lazımi qurumların bu məsələyə münasibətini öyrənməyə çalışacağıq. Reket mətbuatı maliyyələşdirən Vəzir bəy çox özünə arxayındır. Qanunsuz fəaliyyəti bir yana, özünü aydan arı sudan duru aparır. Amma unudur ki, sirkə nə qədər sərt olarsa öz qabını çartladar. Onun fəaliyyəti də dərhal dayandırmalıdır. (Maqnat.tv)