"Neftqaztikinti" trestinin rəisi hədəfdə - ŞİKAYƏT VAR
10-08-2015, 23:56
ARDNŞ-nin "Neftqaztikinti" trestinin rəisi Mirkazım Abbasov ona geniş səlahiyyətlər vermiş məmurların ümidini deyəsən doğrultmur. İşə başlayandan özünü rəhbərlik etdiyi kollektivə qarşı qoyan rəisin sadə fəhlələrə qarşı etinasızlığı dəfələrlə ciddi şəkildə tənqid hədəfi seçilib. Əslində trestin sıravi işçiləri müdiriyyətdən sən deyən artıq şey istəmirlər.Əsas tələb fəhlələr üçün normal iş və məişət şəraitinin yaradılmasından ibarətdir.
Lakin terstin rəisi bu cür tələbləri yerinə yetirmək iqtidarında olmadığını öz sayğısız yanaşmaları ilə təsdiq edib. "Neftqaztikinti" trestinin tərkibində 8 Tikinti-Quraşdırma İdarəsi, 6 idarə,2 departament, 2 mərkəz, bir neçə zavod və istehsalat sahəsi fəaliyyət göstərir. Bu idarələrdə çalışan fəhlələr də öz işini bilən, əmək öhdəliklərinə məsuliyyətlə yanaşan sadə insanlardır. Onların müraciətlərində əslinə qalsa, Mirkazım Abbasovun rəhbərliyini inkar edən məqamlar demək olar ki, yoxdur. Sadəcə, tələb edilir ki, trest rəhbərliyi ictimai nəzarətə açıq olsun, fəaliyyətini şəffaf prinsiplər üzərində qursun, fəhlələrin gün-güzəranına kifayət qədər diqqət yetirsin. Bundan öncəki yazıda da qeyr etdiyimiz kimi, təəccüblü görünən odur ki, Mirkazım müəllimdən şikayətçi düşənlər onun fəhlə yeməkxanasında işçilərilə birlikdə nahar etməməsindən, neftçi kazarmalarının yolunu belə az qala tanımamasından gileylənir. Rəis öz işçiləri ilə oturub bir tikə çörək dadmağı, onlarla birlikdə yatıb dincəlməyi özünə rəva bilmirsə, o necə rəis ola bilər. Əgər Mirkazım müəllim Rokfeller kimi görünməyi özünə rəva bilirsə qoy unutmasın, həmin bu amerikalı milyonçu işlətdiyi fəhlələrlə bir yataqxanada uzun müddət bir tikə qara çörəyi bölərək gecələyirdi.
Gündəlik Bakı bildirir ki, doğrudan da, neft hasilatı ilə bağlı bütün regionlarda, o cümlədən "Günəşli", "Neft Daşları", Səngəçal-Duvannı yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda hər növ podratçı xidməti göstərən trestin kifayət qədər ixtisaslaşmış peşəkar fəhlə kadrları var. Onların hər birinin ümdə vəzifəsi və məqsədi çalışdıqları idarənin nüfuzunu öz gərgin əməyi ilə artırmaqdır.Belə xoş məramın müqabilində trest rəisinin anlaşılmaz mövqeyi həqarət doğurmaya bilməz. Fəhlələrlə yaxın ünsiyyət qurmaq əvəzinə yerli həmkarlar təşkilatının rəhbəri ilə "dil" tapa bilmiş Mirkazım Abbasov arxayındır ki, həmkarların sədri üçün yaratdığı komfort yaşayış şəraiti problemi həll edəcək. Lakin bunun əksinə olaraq trestin işçiləri ölkə rəhbərliyinə dəfələrlə müraciətlər edərək problemlərinin həllinə köməklik göstərməyi xahiş ediblər. Sual olunur. böyük bir kollektivin normal işləməsi üçün şərait yaratmaq bu qədərmi çətindir? Axı əksəriyyəti məişət xarakteri daşıyan fəhlə problemlərinin həlli o qədər də çətin görünmür. Bunun üçün sadə zəhmətkeş insanları ölkə rəhbərliyinə müraciət ünvanlamağa vadar etmək rəis üçün nə qədər düzgündür? Mirkazım Abbasov təcrübəli nefttçi kimi istəsə öz işçilərinin problemlərini ən qısa müddətdə yerinə yetirə bilər. Lakin istəyin olmaması bu məsələni xeyli yubadır.Başa düşmək olar, trest rəisliyinin gətirdiyi real üstünlüklər müəyyən dividendlər qazandırsa da, zahirən aldadıcı ola bilər. Bu gün Mirkazım Abbasov şəriklik etdiyi bəzi məmurlara arxayındır ki, istənilən situasiyada onu xilas edə biləcəklər. Lakin, zaman dəyişdikcə, idarə rəhbərliyinə qarşı tələblərin də xarakteri artır. Biz artıq dövlət başçısının dəfələrlə bəyan etdiyi prinsiplərə tam əməl edilməsinin zəruriliyini görürük. Yalnız bu halda dövlət əmlakını dağıdanlara, büdcəni dədəsinin malı kimi sağa-sola xərcləyənlərə əzələ nümayişi effekt verə bilər. Onu da anlaqlıqla qarşılayırıq ki, trest rəisinin rəvac verdiyi bir sıra qaranlıq işlərə "qara" fəhlənin "burun" soxması onun üçün çox ciddi fəsadlarla sonuclana bilər. Digər tərəfdən, real ictimai nəzarətin həyata keçirilməsi Mirkazım Abbasovun qara əməllərinin də üzərinə qara qıfıl vura bilər. Hamının, elə dövlətimizin də istəyi bu deyilmi? Mirkazım Abbasov onsuz da gec-tez fəhlələrin problemlərinin həllinin vacibliyini qəbul etməli olacaq. Lakin fəhlələr onun gecikmiş səmimiyyətini müsbət qarşılayacaqlarmı? Bax əsas problem də elə bundadır. Bu gün zahirən Rokfellerə bənzəmək nə qədər dəbli və kənar müşahidəçi üçün cazibəli görünsə də, rəhbər öz vəzifə səlahiyyətlərini üzərinə götürdüyü öhdəliklərdən üstün tutmamalıdır. Necə deyərlər, hər şey qədərndə olduqda, gözəl görünür.