Zərdabda diplomu olmayan şəxsi vəzifəyə gətirmək istəyirlər

11-08-2015, 21:39           
Zərdabda diplomu olmayan şəxsi vəzifəyə gətirmək istəyirlər

Poçt müdirliyindən çıxarılan Şəmsi Əhmədovu Romil Nəcəfovun əvəzləyəcəyi gözlənilir

Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Zərdab Poçtamtında durum yaxşı deyil. Bununla bağlı edilən şikayətlərdə sabiq müdir Şəmsi Əhmədovun külli miqdarda yeyintiyə yol verdiyi iddia olunurdu. Hətta ortada qapı məsələsinin varlığı barədə də bilgilər verilirdi. Bu gün məlum olub ki, Zərdab Poçtunun müdiri Şəmsi Əhmədov bir neçə gün əvvəl işdən azad edilib. Onun yerinə isə Romil Nəcəfovu gətirmək istəyirlər. JAM.AZ-a verilən məlumata görə, heç bir ali təhsili olmayan Romil Nəcəfovu Poçta müdir gətirmək istəyən elə rayonun icra başçısı Lütfəli Babayevdir.

Poçtda çalışan şəxslərin JAM.AZ-a verdiyi məlumatda vurğulanır ki, Romil Nəcəfov həmin vəzifəyə keçmək üçün özünə diploma axtarır. «Romil Nəcəfov əvvəllər Hərbi Komissarlıqda çalışıb və heç də yaxşı reputasiyaya malik deyil. Onun Zərdab Poçtuna rəhbər gətirilməsi isə icra başçısının istəyidir». Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru