İmişlinin hərbi komissarından kütləvi narazılıq - şikayət var

12-08-2015, 15:49           
İmişlinin hərbi komissarından kütləvi narazılıq - şikayət var
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ndən son zamanlar mediada kivayət qədər tənqidi məlumatlar yayılıb. Müharibə şəraitində olan bir ölkədə hərbi xidmətə çağırış sahəsində mövcud olan neqativ hallar demək olar ki, sağalmayan yaraya çevrilib. Yerli komissarların fəaliyyəti korrupsiyaya bulaşma faktları cəmiyyətdə ikrahla qarşılanır. Lakin nədənsə bu faktlarla bağlı olaraq qurumn birinci şəxsi Arzu Rəhimov heç bir tədbir görmür.

Artıq imişli rayonundan da redaksiyamıza hərbi xidmətə çağırış sistemində mövcud olan problemlərlə bağlı olaraq şikayət daxil olub.

Gündeminfo.az-ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, SHXÇDX-nin İmişli rayon şöbəsində qanunsuzluqlar baş alıb gedir.Belə ki Qulu Əsədov İmişli rayon şöbəsinin rəisi təyin olunandan sonra qanunsuzluqlar daha da geniş vüsət alıb.Həqiqi hərbi xidmətə yararlı olan gəncləri öz maddi maraqları naminə ordudan yayındırlar .İmkanı olan şəxslərin uşaqları təkrar tibbi müayinədən keçmək üçün bildirişi İmişli MRX-na İmkansızlar isə Bakı səhərində yerləşən hərbi hospitallara göndərilir.Sikayətlərə isə baxan yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.