DİQQƏT: Bakıda saxta düyü satılır – Firmanın adı və ünvan – VİDEO

24-02-2018, 09:31           
DİQQƏT: Bakıda saxta düyü satılır – Firmanın adı və ünvan – VİDEO
Bakıda daha bir mağazada saxta məhsulun satıldığı aşkar olunub.

Binəqədi rayonunun 8-ci mkr ərazinsində fəaliyyət göstərən mağazalardan birində plastik düyü satılır.

Bu barədə saytımıza paytaxt sakini Nurlan Məmmədov məlumat verib. O, düyünü Süleyman Sani Axundov küçəsində yerləşən mağazalarından birindən aldığını söyləyib.

“Evdə aş bişirmişdilər, dadı nəsə xoşuma gəlmədi. Plastik düyü olduğundan şübhələndim. “Youtube”da bununla bağlı test video görmüşdüm. Mən də düyüdən bir qaşıq tavaya qoyub peçin üzərində qızdırdım. Düyü dənələri istilikdən əriməyə başladı” – Nurlan bəy deyib.

Paytaxt sakini hamını mağazadan mal alarkən diqqətli olmağa çağırıb. O, müvafiq dövlət qurumlardan bununla bağlı ciddi addımların atılmasını xahiş edib.

Kiçik araşdırmamız zamanı məlum olub ki, məhsul “Aliimdad” firmasına məxsusdur.

Xatırladaq ki, mağazalardan saxta düyü ilə yanaşı, belə yumurtaların da satıldığı bildirilir. /Minval.info/
[media=https://www.youtube.com/watch?v=0lq54vDdwRY]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru