Röya bu dəfə generalın oğlu ilə sevgilidir

7-03-2018, 16:22           

Azərbaycanın əməkdar artisti Röya Ayxan yeni sevgi münasibətinə başlayıb. Bu barədə “Qafqazinfo”ya maraqlı məlumat daxil olub. Həmişə sevgililəri ilə gündəmdə olan sənətçi yenə də ənənəsinə sadiq qalıb.
Bu dəfə Röya Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, Şəmkir Korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşayır. 35 yaşlı müğənninin sevgilisi özündən yaşca kiçik, gənc Telman Əkbərovdur.
Hətta sənətçi onunla çəkdirdiyi bir neçə şəkli instaqram səhifəsində paylaşıb və izlədiyi 60 nəfərin arasında Telman da var.
Röya, eyni zamanda general-leytenant R. Əkbərovla fotosunu da instaqram izləyiciləri ilə bölüşüb.

Cütlük tez-tez məclislərə birgə qatılsa da, jurnalistlər onları bir neçə gün əvvəl premyerası keçirilən “Ağ tük” filminin qala gecəsində görüblər. Sevgililər tədbirə bir gəlsələr də, media nümayəndlərindən ehtiyat edərək dostları ilə ayrı-ayrı foto çəkdiriblər.
Röya bu dəfə generalın oğlu ilə sevgilidir















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru