YENİ HÖKÜMƏTDƏ YENİ SİMA – Firdovsi Əliyevə əlavə səlahiyyətlər də veriləcək

12-04-2018, 09:13           

Prezident seçkilərində inamlı qələbə qazanan İlham Əliyevin formalaşdıracağı hökümətdə yer alacaq yeni simalardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyində müavin vəzifəsində çalışan Firdovsi Əliyev olacaq.

GunAz.org-a daxil olan məlumatlara görə, Firdovsi Əliyev yeni hökümətdə Ekologiya və təbii sərvətlər naziri postunu tutacaq.

Həmçinin məlumatlarda bildirilir ki, yeni hökümətdə Kənd Təsərrüfatı Nazirliyi təmsil olunmayacaq. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi ləğv olunaraq səlahiyyətləri bir-neçə nazirlik arasında bölünəcək. Və KTN-nin səlahiyyətlərin müəyyən hissəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə veriləcək. Mümkündür ki, Firdovsi Əliyevin rəhbərlik edəcəyi nazirliyin adı qismən də olsa dəyişdirilsin.


Hüseynqulu Bağırov
GunAz.org-a daxil olan məlumatlara görə, dövlət başçısı İlham Əliyev ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun fəaliyyətindən razı deyil. Belə ki, paytaxt Bakı başda olmaqla müxtəlif şəhər və rayonlarda yaşıllıqların məhv edilməsinə, eləcədə ölkənin meşə ehtiyyatlarının azalmasına göz yuman və adı müxtəlif qalmaqallarda hallanan Hüseynqulu Bağırovun faəliyyəti Prezidenti qane etmir. Odur ki, Prezident İlham Əliyev bu sahəni etibar etdiyi şəxsə, yəni Firdovsi Əliyevə tapşıracağı məlumatlarda əksini tapıb.

Qeyd edək ki, Firdovsi Əliyev hakim ailəyə yaxın və sədaqətli şəxs hesab olunur və adı korrupsiya qalmaqallarında hallanmayıb.


Firdovsi Əliyev
Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur.

1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.

1988-1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.

1991-1993-ci illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993-2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.

1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-cü ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.