PKK ilə "Azercell"I birləşdirən dəyərlər

3-09-2015, 23:18           
PKK ilə "Azercell"I birləşdirən dəyərlər
Türkiyədəki mənbələrdən “Olaylar”a ilginc məlumat daxil olub. Məlumatda Türkiyədə fəaliyyət göstərən PKK terror təşkilatı üzvlərinin biri-birləri ilə telefon əlaqələri üçün Azərbaycanın ən böyük mobil operatoru “Azercell”in xidmətindən istifadə etdikləri bildirilir.

“PKK-çıların “Azercell” nömrələrindən istifadə etmələri təsadüfi deyil. Türkiyədəki terror təşkilatları və üzvləri üzərində nəzarəti gücləndirən Milli İstihbarat təşkilatı (MİT) onların telefonlarını da dinləyir.

Dəfələrlə belə dinləmələrlə PKK-nın Diyarbəkir, Şırnak, Van, Ağrı, Batman və digər kürd bölgələrində həyata keçirmək istədikləri terror planlarının qarşısını alıb. “Azercell”dən istifadə etməklə PKK üzvləri MİT-dən öz planlarını gizləməyə çalışırlar. Çünki, MİT xarici mobil operatorları dinləyə bilmir ki, bu da PKK-ya əlavə üstünlük qazandırır”, - deyə mənbə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru